Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

koronavirus

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Mənbə: qafqazinfo.az

Marağınızı çəkə bilər:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
6279 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və...
  • 11 dəq. əvvəl
  • 1
AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir
Ötən əsrin 90-cı illərinin əvvələrində Ulu Öndər Heydər Əliyevi böyük arzularla...
  • 55 dəq. əvvəl
  • 7
ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır
ABŞ Prezidenti Cozef Bayden administrasiyası mayın 14-də Çindən idxal olunacaq təmiz enerji...
  • 2 saat əvvəl
  • 18
Ulu Öndərin anadan olmasının ildönümü Ər-Riyadda da qeyd edilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə...
  • 2 saat əvvəl
  • 29
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Yaponiyada tərk edilmiş evlərin sayı 9 milyonu keçib. Belə evlərə ölkənin istənilən...
  • 4 saat əvvəl
  • 34
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.Bu...
  • 4 saat əvvəl
  • 36