Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb

Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb

"Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerdə tərəflərin xasiyyətlərinin tutmadığı göstərilir". Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

O deyib ki, əslində, nikahın pozulmağını istəyən tərəflərin xasiyyətlərinin tutmaması ümumiləşmiş səbəbdir: "Bu səbəbi araşdıranda, tərəfləri dinləyəndə müxtəlif və fərqli məqamlara rast gəlinir".

Komitə rəsmisinin sözlərinə görə, birgəyaşayış üçün insanlar bir-birinə uyğunlaşmalıdırlar: "Uyğunlaşma olmayanda, yəni dünyagörüşü, həyata baxış, əqidə, həyat haqqında düşüncələr nikah quran şəxlər arasında bir-birini tamamlamırsa, bu, böyük problemlərə yol açır".

A.Veysəlova qeyd edib ki, zərərli vərdişlərə aludəçilik də boşanmanın səbəbləri sırasında yüksək faiz təşkil edir: "Tərəflərdən biri hansısa bir vərdişinin olduğu haqqında tərəf müqabilinə xəbər vermir, gizlədir. Bu cür hadisələr isə sonradan ailədaxili münaqişənin səbəblərinə və boşanmalara gətirib çıxarır".

Azərbaycanda boşanma

Komitə rəsmisinin sözlərinə görə, digər bir məsələ də reproduktiv sağlamlıqla bağlıdır: "Reproduktiv sağlamlıq çox vacib məsələdir. Ailə qurmağı planlaşdıran tərəflər bir-birilərinə öz sağlamlıqları haqqında məlumat verməlidirlər, bu mütləqdir".

A.Veysəlova qeyd edib ki, ailədaxili zorakılıq, qadın və kişinin həddindən artıq qısqanc olması, bir-birilərini həddən artıq nəzarətdə saxlamaları da boşanmalar zamanı əsas səbəb kimi göstərilir.

Report.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6226 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
®  Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib
Daha sonra media nümayəndələri ilə görüş keçirilib. Konfransda sosial əhəmiyyətli bir...
  • 8 dəq. əvvəl
  • 1
Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb
Mayın 11-də saat 17:23 radələrində Azərbaycanın cənub rayonlarında yeraltı təkanlar hiss...
  • 1 saat əvvəl
  • 6
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də...
  • 2 saat əvvəl
  • 14
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi davam edir.Elm və...
  • 3 saat əvvəl
  • 27
Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü...
  • 4 saat əvvəl
  • 28
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Azərbaycanın kosmik sahədə qazandığı...
  • 5 saat əvvəl
  • 34