Badımcanın faydaları

Badımcan, badımcançiçəklilər fəsiləsinə aid olan bir bitkidir. Uzun gövdəli və böyük bənövşəyi meyvələri olan bu bitkinin bir çox növü var. Badımcanın tərkibində A, C və B vitaminləri, kalsium, fosfor və dəmir mineralları və bəzi essensiyalar var.

Badımcanın bir çox faydası var. Məsələn, qan azlığını sağaldır, qaraciyər və mədəaltı vəzinin nizamlı işləməsini təmin edir, sidikqovucu təsirə malikdir, arıqlamağa kömək edir, böyrəklərin iltihabını və ağrılarını aradan qaldırır, əsəbləri sakitləşdirir və ürək döyüntülərini aradan qaldırır. Bundan əlavə,
badımcan bağırsaq sisteminin nizamlı işləməsini təmin edir, qeyri-iradi əzələ yığılmalarının qarşısını alır.

Badımcanın faydaları nədir

Şəkəri və kalorisi az olması səbəbi ilə şəkər xəstələrinin əvəzolunmaz qidasıdır.

Badımcan kalorisi az olan qidadır. Əsəbləri sakitləşdirir, qan təzyiqini aşağı salır və ürək döyüntüsünü aradan qaldırır. Bundan əlavə, bağırsaqları yumşaldır, sidiyi xaric edir, qanda xolesterinin səviyyəsini aşağı salır və damar tutulmasının qarşısını alır.

Badımcanın faydalarını aşağıdakı kimi sadalaya bilərik:

Qaraciyər və mədəaltı vəzinin nizamlı işləməsini təmin edir.
Sidikqovucudur.
Arıqlamağa kömək edir.
Böyrək ağrılarını azaldır.
Əsəbləri sakitləşdirir.
Ürəkdöyünməni aradan qaldırır.
Bağırsaq sisteminin nizamlı işləməsini təmin edir.
Şəkəri və kalorisi az olduğu üçün şəkər xəstələri üçün uyğun bir tərəvəzdir.

Qabığında olan nasunin adlı flavonoid toksin maddələri bədəndən atmaqda, hüceyrə zədələnməsininqarşısını almaqda və orqanizmi xərçəngdən qorumaqda təsirlidir.

Badımcanın qida dəyəri

Badımcanın qida dəyəri

100 qram badımcanın qida dəyəri təxminən aşağıdakı kimidir:
Kalori: 25 kkal
Protein: 1 qram
Yağ: 0,2 qram
Karbohidratlar: 6 qram
Lif: 3 qram
Vitamin A: 22 IU
Vitamin C: 2,2 mq
Vitamin K: 3,5 µg
Fol turşusu: 22 µg
Kalium: 229 mq
Fosfor: 26 mq
Maqnezium: 14 mq
Kalsium: 9 mq
Dəmir: 0,2 mq

Badımcan aşağı kalorili və yüksək lif tərkibi ilə sağlam pəhrizin bir hissəsi ola bilər. Tərkibindəki kalium, fosfor, maqnezium və kalsium mineralları sayəsində sümük sağlamlığı üçün də faydalıdır.

Məqaləyə emosiya bildir:
10 ay əvvəl
1914 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 2 ay əvvəl
  • 622
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 814
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 846
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1483
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 901
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1024