Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, finalda “Günəşli” və “Aşağı Güzdək” komandaları üz-üzə gəliblər. Bakı Tennis Akademiyasında keçirilən matç birincilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Günəşli” komandası Bakının kənd və qəsəbələri arasında keçirilən ll minifutbol turnirinin qalibi olub.

Üçüncü yer uğrunda isə “Biləcəri” və “Mərdəkan” komandaları qarşılaşıblar. Əsas vaxt 4:4 hesablı heç-heçə ilə yekunlaşdığına görə penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Mərdəkan təmsilçisi (3:1) bürünc medallara sahib çıxıb.

Medalçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev, veteran futbolçu və idman səfiri İlqar Qurbanov və Azərbaycan Tennis Federasiyanın vitse-prezidenti Mehman Qocayev təqdim ediblər.

Qeyd edək ki, 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandalarının mübarizə apardıqları yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
284 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır
Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır və bundan məmnunuq.ILK.AZ Azərtac-a...
  • 46 dəq. əvvəl
  • 16
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 2 saat əvvəl
  • 28
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 4 saat əvvəl
  • 36
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 5 saat əvvəl
  • 47
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 6 saat əvvəl
  • 55
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 6 saat əvvəl
  • 51