Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət

Çox əhəmiyyət verdiyin, bəlkə də illərini verdiyin münasibətin sonuna baxırsan... Bu dövrə gəlmək və onu adlamaq çox çətindir. Müsbət şeylər düşünməyə çalışırsan, amma bir anda yenidən keçmişdə ilişib qalırsan.

Əvvəla, belə düşüncələrin olmasında qəbahət yoxdur. Önəmli olan qarşınıza çıxan bütün problemlərlə necə davranmağınızdır. Hər şeyi düzəltməyin kokret bir yolu yoxdur. Boşandıqdan sonra bir daha xoşbəxt olmaq üçün nə etməli olduğunuzu düşünməlisiniz. Bununla bağlı bəzi tövsiyələr hazırlamışıq, lakin ola bilsin ki, onlardan bəziləri işinizə yaramayacaq. Çünki yalnız özünüz öz həyatınızı dəyişdirə bilərsiniz.

1- Kədərlənməyinizə icazə verin

Boşandıqdan sonra toparlanmaq

Əvvəla, unutmayın ki, sizin kimi bir çox insan boşanma zamanı əsəbiləşir və hətta narahat olur. Bu müddət ərzində kədərlənmək çox normaldır. Özünüzə çox təzyiq göstərməyin, məyusluğunuzu sakitliklə yaşayın. Boşanma qərarından sonra münasibətiniz nə qədər uzun sürərsə, onun getməyinə dözmək bir o qədər çətin olacaq. Bir məqamda hər şeyin bitdiyini və artıq belə kiçik bir şeyə görə üzülmək istəmədiyinizi anlayacaqsınız.

2- Özünüzə yaxşı baxın

Boşandıqdan sonra özünüzə yaxşı baxın

Bir çox insanın boşanarkən qarşılaşdığı ən böyük problem ətrafdakı hər kəsə və hər şeyə diqqət yetirməli olduqlarını düşünməsidir. Bu müəyyən dərəcədə doğru ola bilər. Ancaq əsla və əsla özünüzü unutmamalısınız. Əlbəttə ki, həyatınızdakı bütün digər insanlar da vacibdir, lakin həm zehni, həm də fiziki cəhətdən pis vəziyyətdəsinizsə, onlara qayğı göstərə bilməzsiniz. Odur ki, sağlamlığınızın qeydinə həmişə ciddi yanaşın. Bu müddətdə sevdiyiniz idman növü ilə məşğul olun. İdman sizi təkcə fiziki cəhətdən sağlam saxlamayacaq, həm də yeni hobbi tapmağınıza imkan verəcək.

3- Həyatınızda önəmli yeri olan insanlara sevginizi verin

Boşandıqdan sonra nə etməli

Təbii ki, evlilik dövründə sevdiklərinizin qayğısına qalmağa çalışırdınız. Ancaq problemli bir münasibət ilə bunu etmək yəqin ki, daha çətin idi. Buna görə evliliyiniz bitdikdən sonra sizin üçün hələ də vacib olan insanlarla əlaqə saxlayın. Bunlar valideynləriniz, dostlarınız və iş yerinizdəki həmkarlarınız ola bilər. Ayrıldıqdan sonra sevginizi və diqqətinizi dəyər verdiyiniz insanlara yönəldin. Təbii ki, bu prosesdə yeni bir münasibətə başlaya bilərsiniz, ancaq bütün diqqətinizi buna yönəltməyin, həyat doğru zamanda doğru insanı qarşınıza çıxaracaq.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
1792 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 5 ay əvvəl
  • 750
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 5 ay əvvəl
  • 689
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 6 ay əvvəl
  • 876
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 8 ay əvvəl
  • 1183
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 10 ay əvvəl
  • 2226
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 10 ay əvvəl
  • 1467