Dünyanın neçə yaşı var və nə qədər ömrü qalıb?

Dünya min illərdir mövcuddur. Bəs bundan əvvəl də mövcud olubmu? Əlbəttə, olub. Buna görə insanlar dünyanın yaşını və nə qədər ömrü qaldığını öyrənməyə həvəs göstərirlər.

Dünyanın yaşı nə qədərdir?

Dünyanın yaşı

Alimlərin qənaətinə görə dünyanın 4,54 milyard yaşı var. Bu nəticəyə fosillər üzərində araşdırmalar aparılaraq gəlinib. Başqa bir araşdırmaçı qrup isə dünyanın ən qədim qabığına aid mineralların yaşı (Qərbi Avstraliyanın Cek Hills bölgəsində olan kiçik zirkon kristalları və Günəş sisteminin yaşı, meteorit parçacıqları və Aydan gələn nümunələr) üzərində geoloqların apardığı radiometrik yaş təyini ölçmələri nəticəsində ortaya çıxarılıb. Dünyanın yaşını təxmin edən ilk mütəxəssis XX yüzillikdə yaşayan Clair Pattersondur. Patterson dünyanın yaşını zirkon kristallarındakı uran miqdarından təxminən 4,4 milyard il hesablayıb.

Dünyanın nə qədər ömrü qalıb?

Dünya nə zaman dağılacaq? Mütəxəssislər bu müstəvidə də araşdırmalar aparırlar. Araşdırmalar göstərir ki, dünya öz ömrünün yarısından çoxunu yaşayıb. Dünya insan həyatına görə 50 yaşdadır və orta yaş dövrünü keçib. 60-a gəldikdə isə insan kimi su itkisi yaşamağa başlayacaq. Günəş gələcəkdə daha çox qızacaq və buna görə dünyadakı buxarlanma artacaq. Bununla da bitkiləri həyatda saxlayan karbondioksit azalacaq. Bu da bitkilərin yox olmasına gətirib çıxaracaq. Bitkilərin yox olması ilə yanaşı digər canlıların qida zənciri dəyişəcək və tədricən heyvanlar və insanlar yox olacaq. Dünya biraz da qocaldıqda orada qalan sonuncu canlılar olan mikroblar da yox olacaq.

Şotlandiyanın St. Andrews Universitetinin astrobioloqu Jack O'Malley-James The Sun dərgisinə verdiyi açıqlamada "Dünyanın uzaq gələcəyi həyata düşmən olacaq. Bəlkə də həyat sərin, gözəl təbiətli yerlərdən ayrı düşəcək" deyə bildirib.

Qurani Kərimə görə dünyanın neçə yaşı var?

Qurani Kərimə görə dünyanın yaşı

Qurani Kərim və digər dinlərdə dünyanın yaşı 7-10 min il arasında göstərilib. Quranda bu, 7 min il kimi qeyd olunub.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
4269 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (4)
ibo aliyev (3 ay əvvəl)
super
Ayan (2 il əvvəl)
İnşəllah Dunya dagılmaz Bu dunyanın hacansa sonu var Hər şeyin sonu oldugu kimi
Ayan (2 il əvvəl)
Bunlar hardan biləcəklər Allah kərimdi
Ayan (2 il əvvəl)
Salam necəsiz Dunyanın Dagılıb dagılmamasını Allah dan başqa heç kim bilə biməz
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 1029
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1383
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 7 ay əvvəl
  • 1713
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1091
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2072
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4474