Eşq haqqında olan reallıqlar

Çox zaman eşqi sevgiylə qarışdırırlar. Onları bir-birindən ayırmaq lazımdır. Çünki eşq sandığınız sevgi də ola bilər.

Eşq özündə mütləq bir arzu ehtiva edir. Birini arzuladığın üçün ona aşiq olmursan, ona aşiq olduğun üçün arzulayırsan. İnsanlar sevgiylə eşqi səhv salırlar. Məsələn, bəziləri özlərini təbiət aşiqi adlandırır. Əslində onlar təbiətə aşiq deyillər. Çünki eşq arzu ehtiva edir və sevişmək xəyalını qurudur. Təbiətlə sevişilmədiyi üçün ona aşiq deyilsiniz, sevgi bəsləyirsiniz. 

Eşq haqqında

Kimə aşiq olunur?  

Eşq sevmədiyin insana qarşı da ola bilər. Yəni sevmədiyin insana aşiq ola bilərsən. Sevgi bitdikdə belə eşq davam edə bilər. Eşqlə sevgi fərqli anlayışlardır. İnsan bir andaca aşiq olur, lakin sevgini zamanla bəsləyir. Birini sevməyiniz üçün ona aşiq olmağınız mütləq deyil. 

Eşq duyğusu

Eşq şiddətli duyğudur. Nifrət kimidir. İnsan aşiq olduğuna xoş duyğular bəsləyir. Onun üçün hər şeyi edər. Ancaq aşiq olduğu insan onu qəzəbləndirdikdə bir qaşıq suda boğmaq istəyər.

Əslində platonik eşq...

platonik eşq

Platonik eşqi yanlış anlayırıq. Platonik eşq reallıqda olmayan, xəyalınızda canlandırdığınız birinə olan eşqinizdir. Tanıdığınız insana bəslədiyiniz hisslər deyil.

Eşqdən ümidinizi üzməyin

Eşqdən ümidinizi üzməyin

Eşq gözləmədiyiniz anda qapınıza gələr və sizdən izn istəməz. Qəlbinizə dolar. Gəncliyinizdə yaşamadığınız eşqi 50 yaşdan sonra tapa bilərsiniz. Eşq heç vaxt gecikmir. Eşqlə bağlı ümidlərinizi üzməyin.

Ayrılıqlar eşqi öldürür

Ayrılıqlar eşqi öldürür

Qısa ayrılıqlar eşqi gücləndirir, uzun ayrılıqlarsa öldürür. Məsafəli eşqin həqiqi həyəcanı itir. Onsuz da aşiq insan uzunmüddətli ayrılığa dözə bilmir.

Eşqdə məntiq axtarılmamalı

Eşqdə məntiq axtarılmamalı

Eşq ürək işidir. Eşqdə məntiq olmur, beyin düzgün işləmir. Aşiqlər kor olurlar. Aşiq olduğun insan dünyanın mərkəzidir və təkcə onu görmək istəyirsən. Eşq belə bir şeydir. 

Məqaləyə emosiya bildir:
3 il əvvəl
5512 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Xumar (1 il əvvəl)
Sevgi məni uzaqdan seyr edir
Qəmər (1 il əvvəl)
O məni sevmir
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 5 ay əvvəl
  • 701
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 5 ay əvvəl
  • 639
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 6 ay əvvəl
  • 841
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 8 ay əvvəl
  • 1133
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 10 ay əvvəl
  • 2185
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 10 ay əvvəl
  • 1433