Evliliyi bitirən səbəb nədir?

Evliliyin sona çatmasının fərqli səbəbləri var. Səbəblərin çoxu zamana müvafiqdir. Məsələn, evliliyi bitirən 20 il əvvəlki səbəb indiki dövrdə olan səbəb tamamilə fərqlidir. Əsas səbəbləri təqdim edirik.

1. İqtisadi səbəblər

Evliliyi bitirən İqtisadi səbəb

Yüksək inkişaf etmiş ölkələrdə boşanma nisbəti az inkişaf etmiş ölkələrə nisbətən daha yüksəkdir. Çünki yüksək inkişaf etmiş ölkələrdə qadınlar iqtisadi azadlığa malikdirlər. İş sahibi olan qadınlar ev həyatında sıxılırlar. Kişi ilə yanaşı qadının da güclü olmağı bəzi mübahisələrə səbəb olur. Həmçinin, iqtisadi cəhətdən problem yaşayan ailələrdə də boşanmalar olur.

2. Mədəni fərqlər

Mədəni fərq

Fərqli mədəniyyətlərdən olan insanlar arasında fikir ayrılıqları daha çox yaranır. Mədəniyyət, inanc və məzhəb kimi fərqlərə ayaq uydura bilməyən cütlüklər qısa müddətdə ayrıla bilərlər.

3. Erkən və ya gec yaşda qurulan evliliklər

Evlilik

Erkən yaşda edilən evliliklər cütlüklərin səhv qərarlar verməsindən qaynaqlanır. Belə insanlar sonradan peşmanlıq yaşayırlar. Gec yaşda evlənənlər də boşanma riski ilə üz-üzədirlər. 30 yaşına qədər tək yaşayan kişi və ya qadın bu zamana qədər həmişə azad həyat sürür. Evlilik onların gözünü qorxuzur.

4. Evli cütlüklərin ailələri ilə birlikdə yaşaması

Evlilik problemləri

Çoxluğun olduğu və hər ağızdan bir söz çıxdığı evdə evlilik də təhlükə altına düşür. Kiişinin evləndikdən sonra ailəsi ilə yaşamağa davam etməsi qız üçün böyük problemlərə səbəb olur.

5. Pis vərdişlər

Pis vərdiş

Cütlərdən birinin alkoqol və qumar kimi pis vərdişləri varsa, bu ailədə narahatlıq yaradır.

6. Aldatma və virtual mühitlər

Aldatma

Bu gün aldatma anlayışına fərqli ölçülər daxil olub. İnternet əsrində yaşadığımız üçün hər şey əlimizin altındadır. Evli insan belə saytlarda özünə dost və ya sevgili taparaq həyat yoldaşını aldada bilər. Bu, boşanma ilə nəticələnər.

7. İfrat qısqanclıq

qısqanclıq

İfrat qısqanclıq əslində etibarsızlıqdan qaynaqlanır. Bu problem cütlüklər arasında arzuolunmaz hallarla nəticələnə bilər. Ailə daxili şiddət və boşanma belə hallar arasındadır.

8. Cütlüklərin şəxsiyyət strukturlarının bir-birinə uyğun olmaması

Evliliyi bitirən səbəb

Sevgidə əks qtblər bir-birini cəzb edir. Evlilikdə isə fərqlidir. Bu uyğunsuzluqları azaltmaq üçün hər iki tərəf müəyyən addımlar atmalıdır.

9. Ərlə arvadın bir-birinə vaxt ayırmaması

Ərlə arvad küsülü

Ər və arvadın işdən dolayı başqa insanlarla daha çox vaxt keçirməsi böyük problemlər yarada bilər. Onlar eqoist davranmamalı, empatiya qurmalıdırlar.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3560 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 5 ay əvvəl
  • 735
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 5 ay əvvəl
  • 675
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 6 ay əvvəl
  • 870
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 8 ay əvvəl
  • 1174
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 10 ay əvvəl
  • 2218
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 10 ay əvvəl
  • 1456