Göbələk neçə kaloridir? Göbələyin faydaları və zərərləri

Bir neçə növü olan göbələk nə bitkidir, nə də tərəvəz. Göbələk Funqi aləminin bir üzvüdür. Göbələk dünya mətbəxində və tibbi məqsədlərlə istifadə edilir. Göbələklə bağlı ətraflı məlumatı təqdim edirik.

Göbələk neçə kaloridir?

Göbələk neçə kaloridir?

Göbələklərin qida tərkibi növünə, yetişdirildiyi bölgəyə və torpaq növünə görə fərqlənir. Göbələk vitamin və minerallarla zəngin, az kalorili, yüksək protein tərkibli qidadır.

Ağ göbələyin qida dəyəri (100 qram nəm göbələkdə)

- Enerji: 24 kkal
- Lif: 1,9 qram
- Karbonhidrat: 2,6 qram
- Protein: 1,5 qram
- Yağ: 0,4 qram
- Su: 93 qram
- Sodium: 0,0007

Ağ göbələk aşağıdakı vitamin və minerallarla zəngindir:

- Vitamin D
- Fosfor
- Selenium
- Maqnezium

Göbələyin hansı faydaları var?

Göbələyin hansı faydaları var?

1. Xərçəngə qarşı dəstəkləyici ola bilər

Ağ göbələklər həm antioksidant, həm də pro-oksidant kimi təsir göstərən flavonoidlər və fenolik turşular ehtiva edirlər. Antioksidantlar hüceyrələrin bərpasına kömək edir, pro-oksidantlar isə şişin böyüməsinə mane olmaq üçün hüceyrə ölümünə yol açırlar. Göbələyin tərkibindəki birləşmələrin yaxşı təsirə malik olduğunu göstərən araşdırmalar vardır, lakin anti- xərçəng təsir mexanizmləri təsdiqini tapmayıb.

2. Ürək sağlamlığına kömək edir

Ağ göbələklərdə olan erqotionein və beta qlükan birləşmələri damar endotel hüceyrələrinin funksiyasını dəstəkləyir, xolesterol və triqliserit səviyyələrini azaldır. Beta qlükan eyni zamanda gelə bənzər bir maddə yaratması sayəsində qanda xolesterol səviyyəsini azaldan bir lüf növüdür.

3. İmmunitet sistemini gücləndirir

Göbələklərdə olan beta qlükanlar təbii öldürücü hüceyrələr və makrofaqlar olaraq adlandırılan immunitet hüceyrələrini dəstəkləyir və orqanizmin infeksiya ilə mübarizə keyfiyyətini artırır. D vitamini qaynağı hesab edilən göbələk, D vitamini alınmasına kömək edərək immun sistemini dəstəkləyir.

Göbələyin tərkibində heyvanlardakı xolesterola bənzəyən erqosterol adlı maddə var. Günəş işığı və ultrabənövşəyi şüalara məruz qaldıqda D vitamininə çevrilir və göbələkdə D vitamini konsentrasiyalarını artırır. Göbələyi evdə 15-20 dəqiqə gün işığı altında saxlasanız, tərkibindəki D vitamini konsentrasiyası artar.

Yeməli olan göbələk növləri

Yeməli olan göbələk növləri

Ağ göbələk: Ağ göbələk (Agaricus bisporus) ən xəfif dada malik olan göbələkdir. Çiy və bişmiş halda yeyilə bilər.

İstirdiyyə: Böyük və dalğalı bir örtüyə sahibdir. Ləzzətli dadı var.

Porçini: Qalın silindrik gövdəyə malikdir. Qırmızı, qəhvəyi, yuvarlaq başlığı olur.

Torf göbələyi: Olduqca tünd rəngdədir. Özünəməxsus qoxusu və ətri vardır.

Portobello: Sulu, zəngin bir dada və böyük qəhvəyi, qalın başlığa sahibdir.

Şam göbələyi: Narıncı rəngə malik gövdə və başlığa sahibdir.

Göbələyin zərərləri hansılardır?

Bəzi növ göbələklər allergik reaksiyalara və ya mədə problemlərinə səbəb ola bilər. Psilosibin göbələyi isə görmə və eşitmə hallusinasiyaları yarada bilər. Tanımadığınız göbələkləri yeməməyiniz məsləhətdir.

İstirdiyyə göbələyi neçə kaloridir?

İstirdiyyə göbələyi lif, vitamin, mineral və digər inqridientlərlə zəngindir. Karbohidrat səviyyəsi aşağıdır.

Bir stəkan (86 qram) istirdiyyə göbələyinin qida tərkibi

- Kalori: 28
- Karbonhidrat: 5 qram
- Protein: 3 qram
- Yağ: < 1 qram
- Lif: 2 qram

Ağ göbələk konservləşdirilmiş məhsulu neçə kaloridir?

- Kalori: 49
- Su: 86,68 qram
- Kül: 1,46 qram
- Protein: 2,06 qram
- Azot: 0,47 qram
- Yağ dəyəri: 0,32 qram
- Karbonhidrat: 9,28 qram
- Lif: 0,20

Bundan əlavə, fosfor, kalsium, maqnezium potasium, sodium, çinko və selenium tərkibinə malikdir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
4068 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 587
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 913
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 994
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 816
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 998
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 775