Heyvadan öskürək əleyhinə belə istifadə edin

Yenilənmə tarixi: 2021-09-24

Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur. Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar.

Həkim-fitoterapevt Fizuli Hüseynovun bununla bağlı fikirlərini təqdim edirik:

Heyva haqqında

Soyuq hava və infeksiyaların yayılması qış aylarında xəstəliklərin artmasına səbəb olur. Soyuq havalarda istehlak ediləcək bitki çayları həm toxunulmazlığı gücləndirir, həm də xəstəliklərdən qoruyur. Eyni zamanda, portağal, zəncəfil və qərənfil də infeksiya və ağrının qarşısını almaq üçün faydalıdır.

Heyva qış aylarının olmazsa olmaz meyvələrindən biridir. Heyva öskürəyi azaltmağa və boğazı yumşaltmağa kömək edir. Heyva toxumu qalınlaşdırıcıdır və çaylara əlavə edildikdə sakitləşdirici xüsusiyyətlərə malikdir. Həzmi asanlaşdıran heyva, xərçəngin qarşısını almaq, kilo vermək, sağlam dəri, allergik reaksiyalar, immunitet sistemini gücləndirmək və qan təzyiqini balanslaşdırmaq kimi bir çox müsbət təsirə malikdir. Ancaq çox miqdarda istehlak edilən heyva toxumlarının zəhərli təsir göstərə biləcəyini unutmaq olmaz.Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. 1 ədəd heyvanın tumu 1 stəkan otaq temperaturunda olan su ilə qarışdırılır, 1 gün gözlənilir jele kimi olanda süzülür, yeməkdən əvvəl gündə 3 dəfə hər dəfə 2-3 xörək qaşığı içilir.

Heyva meyvə şəkli

1 ədəd heyva tumunu 1 stəkan süddə 5 dəqiqə qaynadıb 8-10 saat gözlənilir, süzülür və gün ərzində yavaş-yavaş içilir.

1 ədəd heyvanı qabıqlarını soyub, dilimləyib, zeytun yağında bişirib 3 yerə bölərək gündə 3 dəfə yeməkdən əvvəl hər dəfə 1 hissəsini yemək lazımdır.

Öskürək və göy öskürək zamanı olduqca faydalı bir reseptdir. Heyva ağacının yarpaqlarından da öskürək və miomalar zamanı çay kimi dəmləyib içə bilərsiniz.

e-tibb.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7464 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Ziya (2 il əvvəl)
Heyva oskurek kecidini saqaldir :)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 617
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 941
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 1015
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 3 ay əvvəl
  • 837
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1019
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 793