Meningit xəstəliyinin səbəbləri

Yoluxucu xəstəlik olan meningit bakteriya və virusların törətdiyi beyin və onurğa beyni iltihabı kimi tanınır. Hər yaşda müşahidə olunsa da, körpələrdə bu problemə daha çox rast gəlinir. Müalicəsi gecikərsə, beyin zədələnməsinə və eşitmə itkisinə səbəb ola bilər. Meningitlə bağlı ətraflı məlumatı təqdim edirik.

Meningit nədir?

Meningit nədir

Xəstəlik onurğa beyni və beyni əhatə edən mayelərin və qişaların şişməsidir (iltihablanmasıdır). Bu, təcili müdaxilə tələb edən təhlükəli bir xəstəlikdir. Bakteriya və virusların törətdiyi meningitə daha çox körpələrdə rast gəlinir. Meningitin yaratdığı baş ağrısı, qızdırma və qusma xəstələrin əsas şikayətləri sırasındadır.

Meningit xəstəliyinin səbəbləri

Meningit xəstəliyi

Ən çox görülən səbəbi viral infeksiyalardır. Bakterial infeksiyalar və bəzən mantar infeksiyaları buna səbəb ola bilər.

Meninqokoklar: Meningitin ümumi növüdür. Uşaqlarda və böyüklərdə görülə bilər. Məktəblər, uşaq bağçaları və tələbə yataqxanaları kimi izdihamlı mühitlərdə daha tez yayılır.

Pnevmokoklar: uşaqlarda olduğu kimi gənclərdə də rast gəlinir. Pnevmoniya və sinüzitə səbəb ola bilər.

Listeria: Xüsusilə pasterizə olunmamış qidalar vasitəsilə yoluxur. Hamilə qadınlarda, yeni doğulmuş uşaqlarda və bədənin müdafiə mexanizmləri zəif olan insanlarda infeksiyaya səbəb olur.

Meningitin simptomları hansılardır?

Meningitin simptomları

• Qusma, qızdırma
• Bağ ağrısı
• Konsentrasiya pozğunluğu
• Boyun sərtliyi

Körpələrdə meningitin əsas simptomlarını aşağıdakı kimi sıralamaq olar:

• Zəiflik və ya hiperaktivlik
• Bədən istiliyinin artması
• Yuxuya meyllilik
• Anoreksiya
• Bədən və boyun sərtliyi

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2407 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 571
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 899
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 975
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 801
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 882
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 760