Mobil telefon və kompüter qocalmaya səbəb olurmuş

Mobil telefon və kompüter qocalmaya səbəb olurmuş

Kompüterlər və mobil qurğuların ekranlarından buraxılan mavi işığın uzunmüddətli təsiri qocalma prosesini sürətləndirə bilər.


Mütəxəssislər mavi işığın gözün torlu qişası və beyin hüceyrələrini zədələdiyini açıqlayıblar.

Alimlər “Drosophila melanogaster” adlı meyvə milçəkləri üzərində aparılan sınaqlardan sonra bu nəticəyə gəliblər. Mütəxəssislər milçəklərin işıq diodlarının mavi işığı ilə 12 saat şüalanmaya necə reaksiya verdiklərini müşahidə ediblər. Mavi işığın qocalmanı sürətləndirdiyi məlum olub. Bu proses, hətta gözləri olmayan milçəklərdə də baş verib. Gözün torlu qişasının hüceyrələrinin və beyin neyronlarının zədələnməsi, həmçinin hərəki fəallığın pozulması qeydə alınıb.

Mobil telefon və kompüter qocalmaya səbəb olurmuş

Mütəxəssislər mavi işığı filtrasiya edən və torlu qişanı qoruyan sarı linzalara malik eynəklərdən istifadə etməyi məsləhət görürlər. Həmçinin telefonlar, noutbuklar və digər rəqəmsal qurğularda mavi şüanı bloklamaq lazımdır.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6455 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 600
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 919
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 1001
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 819
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1006
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 780