Nar çox xeyirli meyvədir, lakin ziyanlı tərəfləri də varmış! Nar kimlərə ziyanlıdır?

Yenilənmə tarixi: 2021-09-26

Əsrlər boyu gücün, məhsuldarlığın və yenilməzliyin simvollarından biri olan nar, sağlamlıq baxımından böyük fayda gətirən bir meyvə növüdür. Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir.

Nar həm xəstəliklərin qarşısının alınmasında, həm də sağlamlığın yaxşılaşdırılmasında bir çox müsbət təsirə malikdir. Bir meyvə olaraq uzun illər alternativ tibbdə istifadə edilməklə yanaşı gündəlik bəslənmə planlarında sevilərək istehlak edilməkdədir. Qışda soyuqdəymədən qorunmaqda çox təsirlidir.

Narın bədənə heç bir ziyanı yoxdur. Ancaq nar bəzi insanlar tərəfindən istehlak edildikdə xoşagəlməz və zərərli ola bilər. Buna görə də hər kəs nar yeməməlidir.

Nar haqqında

Kimyaterapiya xəstələri

Nar bir çox zəngin vitamin və mineral ehtiva edir. Nardakı bu minerallar xərçəng dərmanları ilə qarşılıqlı təsir göstərə bilər. Bu səbəbdən xərçəng xəstələrinə dərman qəbul edərkən nar yemək tövsiyə edilmir.

Hamilə qadınlar

Nar yüksək miqdarda element də ehtiva etdiyi üçün hamilə qadınların yeməsi məsləhət görülmür.

Bağırsaq əməliyyatları

Narın həzm sisteminə sürətləndirici təsir göstərməsi səbəbindən bağırsaq əməliyyatı keçirənlər üçün nar istifadəsi məsləhət görülmür.

Qaz və şişkinlikdən əziyyət çəkənlər

Çox tez həzm olunsa da, bəzi insanlarda qaz və şişkinliyə səbəb ola bilər. Hərarəti yüksək olan xəstələrin nar yeməsi məsləhət deyil.

Nar şirəsi iştahanı, mədə turşuluğunu artırır. Nar qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Ancaq bilmək lazımdır ki, nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır.

Narın ziyanı

Xroniki qəbizlik zamanı da nardan çəkinmək lazımdır.

Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir.

Ona görə də nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır.

Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, nar qabığı özündə az miqdarda da olsa zəhərli maddələri ehtiva edir. Ona görə ondan yararlanmaq istəsəniz, həkimlə məsləhətləşməlisiniz.

e-tibb.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7862 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 604
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 925
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 1003
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 826
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1010
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 785