Netflix-də izləyə biləcəyiniz 8 fəlsəfi film

Ən yaxşı fəlsəfi filmləri araşdırdıq. Netflixdə izləyə biləcəyiniz fəlsəfə janrında olan filmlərin siyahısını təqdim edirik!

1. Forgive Us Our Debts (2018)
İşini itirən Guidonun böyük məbləğdə borcu var. Təhdidlərə məruz qalan Guido borcunu dərhal ödəməlidir, ancaq pulu yoxdur. O, məcburən borclu olduğu şəxslər üçün kolleksiyaçı olaraq işləməyə məcbur olur. Ancaq bu iş sandığı qədər də asan olmur. Rejissoru Antonio Morabito olan filmdə Claudio Santamaria, Marco Giallini, Jerzy Stuhr, Flonja Kodheli kimi aktyorlar rol alıb.

Treyler

Forgive Us Our Debts

2. Bottom of the World (2017)

AlexScarlett həyatlarında yenilik etmək istəyən gənc cütlükdür. Los-Angeles-ə getməyə qərar verən cütlük vaxt itirmədən yola çıxır. Sakit bir cənub qəsəbəsinə çatdıqda dincəlmək qərarına gəlirlər. Qəsəbədə olan bir otelə gedirlər. Oteldə qaldıqları gecə ərzində onlar reallıq hissini itirirlər.

Treyler

Bottom of the World

3. Private Life (2018)
Filmdə RichardRachel adlı cütlüyün əhvalatı təsvir olunub. Onların evliliyi stressli şəkildə keçir. Övlad sahibi olmaq istəyirlər, lakin yaşları artdıqca bu istəyi reallaşdırmaq çətinləşir. Müxtəlif vasitələrə əl atan ər və arvad məyusluğa düçar olurlar.

Treyler

Private Life

4. Irreplaceable You (2018)
AbbieSam uşaqlıqlarından bəri bir-birini tanıyan cütlükdür. Onlar gözəl günlər keçirdiyi bir vaxtda həkimlər Abbieyə xərçəng diaqnozu qoyurlar. Bu xəbəri hamıdan gizli saxlayan Abbie nişanlısı Sam üçün yeni sevgili axtarmağa başlayır.

Treyler

Irreplaceable You

5. The Matrix (1999)
Kompüter proqramçısı Thomas Anderson eyni zamanda "Neo" ləqəbli hakerdir. Qara geyimli və eynəkli adamlar onu təqib edirlər. Bunun səbəbini isə qarşılaşacağı Morpheusdan öyrənir.

Treyler

The Matrix

6. Black Mirror: Bandersnatch (2018)
312 dəqiqəlik ekran işində gedişatı izləyicilər müəyyən edir. 1984-cü ildə baş verən əhvalatda gənc proqramçı Stefan fantastik roman "Bandersnatch" əsasında hazırlanan oyun üzərində çalışır. Bu oyunu bir-bir oyun şirkətinə satmağı bacarır. Keçmişdə yaşadığı travmaya görə hərəkətlərinə hakim ola bilmədiyini düşünür.

Treyler

Black Mirror: Bandersnatch

7. 6 Balloons (2018)
Katie axşam partisinə hazırlaşır, lakin onu gözləyən arzuolunmaz sürprizdən xəbəri yoxdur. Qardaşı Sethin gəlmədiyindən narahat olan Katie onun evinə getməyə qərar verir. Qardaşı heroin aludəçisidir və bundan dolayı çətin durumdadır. Katie qardaşını müalicə etdirmək istəyir.

Treyler

6 Balloons

8. Amanda Knox (2016)
O, tələbə yerdəyişmə proqramı ilə İtaliyaya gedən tələbədir, yoxsa ev yoldaşlarını vəhşicəsinə öldürən psixopat? Amanda Knoxun həyatından bəhs edən sənədli filmin rejissorları Rod Blackhurst ve Brian McGinndir.

Treyler

Amanda Knox

Məqaləyə emosiya bildir:
3 il əvvəl
5033 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 969
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5701
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1749
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2377
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6860
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2529