Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib

Türkiyənin Antalya vilayətində Köln-Qazipaşa reysini həyata keçirən mülki təyyarə ön təkərinin partlaması nəticəsində gövdəsi üstə enib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “Corendon Airlines” şirkətinə məxsus təyyarədə olan 190 nəfər təxliyə edilib.

Hadisə ilə bağlı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada bildirilib ki, bu gün yerli vaxtla saat 11:00 radələrində Köln-Qazipaşa reysi ilə uçan B738 tipli təyyarənin enişdən sonra təkəri partlayıb və hava vasitəsinin ön dayağı zədələnib. Təyyarədə olan 184-ü sərnişin, 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfər təxliyə edilib. Sərnişinlərdən xəsarət alan olmayıb.

İlkin məlumata görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib. Təyyarə üzərində araşdırma aparılır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
10 gün əvvəl
268 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 2 saat əvvəl
  • 24
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 3 saat əvvəl
  • 32
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 4 saat əvvəl
  • 42
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 5 saat əvvəl
  • 50
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 6 saat əvvəl
  • 48
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 7 saat əvvəl
  • 55