Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

9 May - Qələbə Gününün 79-cu ildönümü Polşada faşizmlə mübarizə aparmış qəhrəmanlardan azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı başında qeyd olunub. Anım mərasimində Azərbaycanın Polşadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyi aparatının rəhbər və əməkdaşları, həmçinin Polşanın müftisi Tomaş Miskeviç iştirak ediblər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki , səfir Nərgiz Qurbanova faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan, istər ön, istərsə də arxa cəbhədəki qəhrəmanlığı və fədakarlığından bəhs edib. Qeyd olunub ki, şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, igidliyə görə 130 nəfərdən çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Ardınca Azərbaycan və Polşanın hərb tarixində dərin iz qoymuş, faşizmlə mübarizədə müstəsna xidmətləri ilə seçilmiş və Varşava üsyanında iştirak etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigardan, onun söy-kökündən, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa silahlı qüvvələri üçün önəmli xidmətlərindən danışılıb. Mərasim iştirakçılarına məlumat verilib ki, Argentinaya mühacirət etməyə məcbur qalmış polkovnik Vəli bəy Yadigar 1971-ci ildə Buenos-Ayresdə vəfat etməsinə baxmayaraq, azad Polşada dəfn olunmasını vəsiyyət edib. Bu səbəbdən 1990-cı ildə onun və həyat yoldaşının cənazəsi Varşavaya gətirilərək “müsəlman-tatar qəbiristanlığı”nda dəfn olunub.

Mərasim çərçivəsində Vəli bəy Yadigarın məzarına çələng qoyulub, onun ruhuna “Quranı-Kərim”dən ayələr oxunub, dualar edilib. Anım mərasiminin ardınca “müsəlman-tatar qəbiristanlığı”nın inzibati binasında ehsan süfrəsi açılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
10 gün əvvəl
296 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır
Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır və bundan məmnunuq.ILK.AZ Azərtac-a...
  • 57 dəq. əvvəl
  • 17
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 3 saat əvvəl
  • 29
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 4 saat əvvəl
  • 37
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 5 saat əvvəl
  • 48
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 6 saat əvvəl
  • 56
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 7 saat əvvəl
  • 53