Qısqanclığı həyatınızdan necə çıxara bilərsiniz?

Qısqanclıq, insanın həm özünə, həm də ətrafındakılara mənfi təsirlər göstərən bir duyğudur. Həqiqətən də qısqanclıq duyğusu özünüzü itirməyinizə, yalan danışmağınıza və digər mənfi hallara səbəb olur.

İçimizi didib-parçalayan və fiziki və ictimai həyatımıza zərər verən qısqanclıqdan necə qurtula bilərik?

Qısqanclığın başlanğıc nöqtəsi

Qısqanclığın başlanğıc nöqtəsi

Əslində, qısqanclıq təbii bir hissdir. İnsanların qısqanclığa meylləri erkən yaşdan etibarən bəlli ola bilər. Məsələn, kiçik uşaqların yeni bacı və ya qardaşı doğulduqda valideynlərinin ona olan marağının azaldığını düşünməsi, qısqanclıq mexanizminin aktivləşməsinə səbəb ola bilər. Erkən yaşlarda qısqanclıq problemi bu formada yaranır. Ancaq həyatımızın gələcək illərində bu problem özünü göstərməkdə davam edir.

Əslində, qısqanclığın kökündə özünə inamsızlıq hissi dayanır. Tərəflərdən birinin digərini aşırı qısqanması, onun sədaqətinə şübhə etməsindən və öz cazibəsinin az olduğunu düşünməsindən irəli gəlir.

Qısqanclıqdan qurtulmağın yolları

Qısqanclıqdan qurtulmağın yolları

1. Özünüzə olan inamınızı itirməyin. Fikrinizdəki bütün problemləri bir kənara qoyun. Uğurlu olmaq üçün özünüzə vədlər verin və işinizi təxirə salmayın.

2. Qısqanclığa niyə meyl etdiyinizlə bağlı qeydlər aparın. Özünüzü qərəzsiz qiymətləndirin və qısqanclığa səbəb olan amilləri aradan qaldırmağa çalışın.

3. Həyat yoldaşınız və ya sevgilinizlə ünsiyyəti kəsməyin. Qısqanclıq yaradan problemləri bir- birinizlə bölüşün.

4. Həyat yoldaşınıza etibar edin. Hər addımın izlənilməsi evliliyi bitirə bilər. Bunun əvəzinə, özünüz üçün müxtəlif maraq dairələri yaradın.

5. Özünüzə dəyər verin. Hər bir insanın fiziki və ruhi problemləri ola bilər. Pis fikirləri ağlınızdan atın. Özünüzdə gördüyünüz gözəllikləri ön plana çıxarın. Bu yolla qısqanclığın paranoyasını özünüzdən uzaq tuta bilərsiniz.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2523 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 5 ay əvvəl
  • 721
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 5 ay əvvəl
  • 661
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 6 ay əvvəl
  • 856
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 8 ay əvvəl
  • 1160
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 10 ay əvvəl
  • 2200
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 10 ay əvvəl
  • 1443