Qreypfrut üz maskası resepti

Qreypfrut ləzzətli bir meyvə olmaqla yanaşı, insan sağlamlığı üçün də faydalıdır. Təqdim edəcəyimiz qreypfrut üz maskası reseptindən istifadə edərək özünüz üçün üz maskası hazırlaya bilərsiniz.

Qreypfrutun tərkibindəki limon turşusu dəridəki ölü hüceyrələri təmizləyir və kollagen istehsalını artırır. Tərkibindəki C vitamini dərinin parlaqlığını bərpa edir və pH balansını tənzimləyir. Bu maska ​​bütün dəri tipləri üçün uyğundur.

Qreypfrut üz maskası resepti

Tərkibi:
1 ədəd qreypfrut
3 damcı şirin badam yağı
1 yumurtanın sarısı
1 xörək qaşığı yulaf əzməsi

Qreypfrut üz maskası resepti

Qreypfrut üz maskası resepti

1. Bir qreypfrutu bıçaqla yarıya bölün və yarısının qabığını soyun. Bıçaqla xırda doğradıqdan sonra blenderə qoyun.

2. Üzərinə bir neçə damcı şirin badam yağı, 1 yumurta sarısı və 1 xörək qaşığı yulaf əzməsi əlavə edin. Bunları blenderdən keçirin. Qarışıq çox sulu olarsa, qatılaşdırmaq üçün bir neçə çimdik un əlavə edə bilərsiniz.

3. Qarışığı bir kasaya tökün və barmaqlarınızın ucu ilə göz ətrafınızdan başqa üzünüzün hər yerinə çəkin.

4. Dərinizin maskanı 20 dəqiqə ərzində udmasına imkan verin.

5. Sonra üzünüzü ilıq su ilə yuyun, yumşaq bir dəsmal ilə qurulayın.

6. Daha sonra adi nəmləndirici istifadə edin.

İpucları və xəbərdarlıqlar

Bu maskada yumurta ağı yerinə başqa məhsuldan istifadə etməyin. Yumurtanın ağını sarısından düzgün şəkildə ayırın.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
1885 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qabarıq üz xətlərinə sahib olmaq üçün nə edə bilərik?
Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki...
  • 22 gün əvvəl
  • 483
Üz gözəlliyi üçün almacıq sümükləri niyə vacibdir?
Almacıq sümükləri qulaq, göz, burun, göz və çənə arasında yerləşən bir cüt...
  • 3 ay əvvəl
  • 914
10 ən yaxşı bədən spreyi
Bədən spreyləri markalarına görə fərqli miqdar və özəlliklərdə hazırlanan və bizə...
  • 3 ay əvvəl
  • 776
Canlı və yumşaq saçlar üçün ən yaxşı qulluq məhsulları
Fen tətbiqi, hava şəraiti, günəş, stress və yanlış saç məhsullarının istifadəsi...
  • 4 ay əvvəl
  • 687
Ən yaxşı makiyaj təmizləyici məhsullar
Makiyajınızı silərkən istifadə edə biləcəyiniz bir çox məhsul var. Həmin məhsullardan...
  • 5 ay əvvəl
  • 836
Məsamələri aradan qaldıran ən yaxşı makiyaj nümunələri
Xüsusilə yay aylarında makiyajınızın daha uzun müddət qalması üçün makiyaj astarından...
  • 7 ay əvvəl
  • 1133