Sevgi əzabı yeni bir fobiyanın xəbərçisidir

Sevginin insanın nəzarəti xaricində yaranan, zamanı, vaxtı bəlli olmayan, ancaq həyatımızın böyük qisminə təsir edən duyğu olduğunu bilirik. Ancaq insanın ayağını yerdən üzən sevgi gözəl duyğu olmaqla yanaşı, bəzən istənilən kimi irəliləmədikdə mənfi nəticələrə yol aça bilər.

Sevgi əzabı insanlarda fiziki, zehni bir çox dəyişikliyə səbəb olur. Bəs sevgi beynimizə, duyğu dünyamıza, bədənimizə nələr edir? Gözlənilmədən və ya tədricən bitən münasibətlərin insanlarda aşiq olmaq qorxusu yaratdığını bildirən şüuraltı mütəxəssisi Lily Lale Yılmaz "ayrılıqdan sonra yaşanan mənfi olaylar şüuraltında aşiq olmaq qorxusunu inkişaf etdirir. Bu qorxunu əmələ gətirən əsas duyğular aldadılmaq və tərk edilmək duyğusudur" deyə bildirib.

Sevgi əzabı çəkmək

Hamımızın keçmişdə yaşadığı, unuda bilmədiyi bir sevgi hekayəsi var. Ancaq münasibətlər yolunda getməyəndə insanlarda travmalara səbəb olur. Həyat keyfiyyətimizə ciddi təsir edən bu durum duyğusal çöküşə, özgüvən itkisinə və ən əsası yenidən aşiq olmaq qorxusuna gətirib çıxarır. Mütəxəssis aşiq olduğumuz insanın şüuraltımızda bir dəyişkənlik yaratdığını qeyd edib:

"Sevgi çox güclü duyğudur. Həmişə istənilən kimi getmir və müxtəlif səbəblərdən dolayı ayrılıqlar yaşanır. Ayrılıqdan sonra bədbinliyə qapılan insan şüuraltına "bir də aşiq olma", "artıq xoşbəxt ola bilmərsən" kimi kodlar yerləşdirir. Bu zaman etdiyimiz şüuraltı təmizləmə işləri ilə şəxslərin sevgi duyğusu haqqında qənaətə gəldiyi neqativ duyğuları pozitiv düşüncələrlə əvəzləyirik. Bunun sayəsində keçmişdə yaşanan mənfi duyğular unudulur və yenidən aşiq ola bilmək inamı yaranır".

Sevgi əzabı fobiya əlaməti

Sevgi fiziki və ruhi baxımından dəyişikliyə səbəb olur. Xüsusən aldadılma və tərk edilmə nəticəsində ayrılan cütlüklərdə "dəyərsizlik" hissi yaranır. Mütəxəssis sevgi əzabının yeni bir fobiyadan xəbər verə biləcəyini dilə gətirib:

"Uzun müddət aşiq olduğunuz insandan ayrılmaq təbii ki, asan olmur. Onunla yaşadığımız mənfi xatirələr duyğu dünyamızda yığılıb qalır. Bu mənfi düşüncələr sosial həyatımıza və davranışımıza təsir edir. Sevgi əzabını düzgün idarə etmək bu nöqtədə başlayır. İlk əvvəl bu düşüncənin dəyişdirilməsi lazımdır. Bu da şüuraltı təmizliyi çalışmaları ilə bir-iki seansda reallaşır. Altı ay və ya bir il ərzində yeni bir münasibət qurulmamalıdır. Bu müddətdə insan özünü dinləməlidir. O, bir müddətdən sonra yenidən aşiq olmağa hazır ola bilər. Sevgi önəmli və qiymətli bir duyğudur. Buna görə onu gözəl yaşamaq lazımdır".

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3074 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 5 ay əvvəl
  • 755
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 5 ay əvvəl
  • 701
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 6 ay əvvəl
  • 885
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 8 ay əvvəl
  • 1191
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 10 ay əvvəl
  • 2236
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 10 ay əvvəl
  • 1476