Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda ölkənin ən böyük müxalifət partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyasının namizədi Qordana Silyanovska-Davkova qələbə qazanıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının baş katibi Kristian Miskoskinin rəhbərlik etdiyi sağ mərkəzçi partiya isə parlament seçkilərində mütləq qalib olub. Müxalifət partiyası 120 yerlik parlamentdə azı 55-60 yerlə təmsil olunacaq.

Makedoniya Sosial Demokrat İttifaqı tərəfindən dəstəklənən hazırkı Prezident Stevo Pendarovski seçkilərdəki məğlubiyyətini etiraf edib.

“Bugünkü nəticə məyusedicidir. Sosial demokratlar güclü zərbə aldılar”, - deyə Sosial Demokrat Partiyasının rəhbəri, sabiq Baş nazir Dimitar Kovaçevski bildirib.

Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və prokurorluq ölkədə səsvermə prosesinin sakit və nizamlı keçdiyini açıqlayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
265 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır
Qarabağ Zəfərindən sonra Türk dövlətləri daha da cəsarətləndi və əməkdaşlıq...
  • 41 dəq. əvvəl
  • 9
“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək
İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların...
  • 50 dəq. əvvəl
  • 10
Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır
Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır və bundan məmnunuq.ILK.AZ Azərtac-a...
  • 2 saat əvvəl
  • 23
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 4 saat əvvəl
  • 34
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 5 saat əvvəl
  • 42
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 6 saat əvvəl
  • 53