Siqaretin zərərləri

Siqaret çəkməyin insan sağlamlığına zərərləri çoxdur. Bəzi insanlar bu asılılıqdan qurtulmağa çalışırlar. Siqaretin tərkibində qlikol, propilen, hidrogen siyanid kimi 4000-dən artıq kimyəvi maddə var. Bu maddələr orqanizmə zərər verir. Bununla yanaşı, siqaret yüksək kanserogen təsirə malikdir. Ölümlə nəticələnən bir çox xəstəliyə səbəb olur.

Siqaretin zərərləri hansılardır?

Siqaretin zərərlərini saymaqla bitmir. Onlardan bəzilərini sizə təqdim edirik:

Siqaretin tərkibində 4000-dən çox kimyəvi maddə var. Bu maddələrdən 80-i xərçəng yaratmaq özəlliyinə sahibdir.
Siqaret xroniki bronxit problemini şiddətləndirir.

Hamilə qadının siqaret çəkməsi bətnindəki körpəyə birbaşa təsir edir.

Siqaretin zərərləri nədir?

Siqaret iybilmənin itməsinə səbəb olur.

Siqaretin tərkibində olan karbonmonoksid, nikotin və qətran kimi maddələr ağciyər xərçənginə səbəb olur.

Siqaretin tərkibindəki karbonmonoksid qandakı oksigeni azaldır. Bu isə potensial infarkt deməkdir.

Siqaret çəkənlərdə dırnaq qırılmasına geniş rast gəlinir.

Siqaretin nə zərəri var

Ereksiya azalması, iqtidarsızlıq yaradır.

Siqaret çəkənlər özlərini yorğun hiss edirlər.

Araşdırmalar siqaret çəkən qadınların erkən menopoz yaşadığını göstərir.

Siqaret əl və barmaqların saralmasına səbəb olur.

Siqaret haqqında

Siqaret çəkənlərdə xoşagəlməz ağız qoxuları yaranır.

Siqaret çəkmək diş və diş əti xəstəliklərinə səbəb olur.

Siqaret insanlara sosial tərəfdən də zərər verir.

Siqaret çəkənlərdə dərinin erkən qırışması müşahidə olunur.

Siqaretin çox zərəri var

Siqaret çəkənlərdə dadbilmə duyğusu zamanla itir.

Siqaret çəkən qadınlarda tez-tez uşaqlıq yolu xərçənginə rast gəlinir.

Siqaret səs tellərinə zərər verirvə səsdə pozulma yaradır.

Siqaret çəkənlərin iflicə tutulma riski çəkməyənlərlə müqayisədə daha çoxdur.

Çoxlu siqaret çəkmək şəkər riskini də artırır.

Siqaret tüstüsü

Siqaret çəkənlərdə yaralar gec sağalır.

Siqaret çəkənlərin qol və ayaqlarında müxtəlif damar xəstəlikləri meydana gəlir.

Siqaret çəkənlərin qırtlaq və nəfəs borularında iltihablanma yaranır.

Siqaret çəkənlərdə xroniki baş ağrıları müşahidə olunur.

Siqaret çəkənlərin mədə və qida borusunda qanaxma, xərçəng kimi problemlər yarana bilər.

Siqaret bu xərçəng xəstəliyi növlərinə səbəb olur: pankreas, mədə, qaraciyər, böyrək, qida borusu, qırtlaq, boğaz, dodaq, burun, ağız və ağciyər.

Siqaretin ağ ciyərə ziyanı

Məqaləyə emosiya bildir:
3 il əvvəl
5896 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 611
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 929
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 1008
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 830
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1016
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 788