Skolioz (onurğa əyriliyi) nədir?

Bu gün ən çox görülən onurğa problemlərindən biri "onurğa əyriliyi"dir (skolioz). Xəstəlik əsasən anadangəlmə olsa da, uşaqlıqda da yarana bilər. Araşdırmalar nəticəsində onurğa əyriliyi probleminin daha çox gənc fərdlərdə olduğu məlum olub. Bunun əsas səbəbi problemli həyat sürmək və səhv oturuş qaydasıdır. Onurğa əyriliyi məşqləri hansılardır? Onurğa əyriliyi necə düzəldilir? Onurğa əyriliyinin əlamətləri hansılardır?

1. Onurğanın yana doğru əyriliyi

Onurğanın yana doğru əyriliyi

Skolioz xəstəliyinin əsas əlaməti onurğanın yana doğru əyilməsidir. Yana və önə doğru əyrilik ciddi problem ola bilər, ona görə buna laqeyd yanaşmaq olmaz. Onurğa əyriliyinin simptomları ilkin səviyyədədirsə, evdə nəzarət edilə bilər. Məsələn, çılpaq şəkildə güzgünün qarşısına keçib çiyinlərinizə baxın. Əyrilik varsa, çiyinlərinizin biri o birindən aşağıda olar. Dizlərinizi bükmədən başınızı irəli əydiyiniz zaman onurğanızın əyriliyini hiss edə bilərsiniz.

2. Bir çiynin irəli çıxması

Skolioz xəstəliyi

Onurğanın sinə və bel nahiyələrində görülən, bir çiynin irəli çıxması da skoliozun əlamətidir. Bu əlamətə gənc qızlarda daha çox rast gəlinir.

3. Çiyin və yanbızların simmetrik durmaması

Çiyin ağrısı

Skolioz xəstələrində onurğa və ya çiyinlərdə böyük ölçüdə əyriliklər çiyin və yanbızların simmetrik durmamasına səbəb olur. Bu, skoliozun əsas əlamətləri arasındadır. Fiziki müayinə zamanı xəstə önə doğru əyildikdə bu problem dərhal sezilir.

4. Kürək, bel ağrısı

Kürək, bel ağrısı

Degenerativ skoliozu olan insanlarda onurğanın sabitliyi və tarazlığı pozula bilər. Bu, ön və arxa hissədə gövdənin yana əyilməsinə səbəb ola bilər. Degenerativ skoliozu olan xəstələrdə sinir pozulması da yaşan bilər.

5. Nəfəs darlığı və yorğunluq

Nəfəs darlığı

Skolioz xəstəliyi zamanı yuxudan ani oyanmalar, səhərlər baş ağrısı, nizamsız nəfəs alma müşahidə olunur. Xəstəlik irəlilədikcə nəfəs darlığı, tənəffüs və üərk çatışmazlığı baş verə bilər.

Skolioz məşqləri

Onurğa əyriliyini düzəltmək üçün bir çox məşq var. Yuxarı gövdə ekstensiyası məşqi: Xəstə ilk olaraq qarnının altına bir yastıq qoymalıdır. Sonra əllərini arxada bir-birinə keçirib gövdəsini yuxarı qaldırmağa çalışmalıdır. Bu məşq isinmə hərəkəti kimi qəbul edilə bilər.

Qol-ayaq ekstensiyası məşqi: Üzünüz aşağıya doğru əyilin, sonra sağ ayağınızı və sol qolunuzu qaldırın. Bu məşqdə boynunuz əyilməməlidir. Sonra digər ayağınız və qolunuzla eyni hərəkəti təkrarlayın.

Beldən yanlara əyilmə məşqi: Ən mühüm skolioz məşqlərindən biridir. Başınızın üzərindən sağ qolunuzla sola doğru gərginlik hiss edənə qədər uzanın.

Hamstring gərilmə hərəkəti: Sağ ayağınızı düz saxlayıb sol ayağınızı qasığınıza doğru əyin. Onurğada gərginlik hiss edənə qədər əyilməlisiniz.

Rotasiya hərəkəti: Onurğa əyriliyində ən çox istifadə edilən məşqlərdən biridir. Ayaqlarınızı və dizlərinizi bitişdirin və qollarınızı yanlara açın. Dizlərinizi sol tərəfə döndərin, bu zaman başınızı gərginlik hiss edənə qədər digər tərəfə çevirin.

Onurğa əyriliyinin daxili orqanlara mənfi təsirləri

Skolioz məşgi

Tənəffüs sisteminə müdaxilə edir.
Çirkli qanda oksigen miqdarının azalmasına səbəb olur.
Qan dövranı sisteminə də zərər vura bilər

Skoliozun (onurğa əyriliyi) müalicəsi

Skoliozun müalicəsi problemi olan fərdin yaşı, skoliozun ölçüsü və növünə görə edilir. Şəxsin onurğa əyriliyi 1-ci və ya 2-ci səviyyədədirsə, müalicə cərrahi müdaxilə olmadan aparılır. Bu müalicə ilə yanaşı, düzgün qidalanma və mütəmadi olaraq məşq etmək tövsiyə olunur. Oturacaqlar və istifadə olunan masalar boyunuza uyğun olmalıdır. Bundan əlavə, korset mütəxəssis nəzarəti altında istifadə edilməlidir.

Skoliozun qarşısının alınması yolları

Xüsusilə kompüter və televizor qarşısında uzun müddət qalmayın. İş prosesində ayağa qalxıb addımlayın. Bir müddət ayaq üstdə qalın. Ayaqlarınızı hərəkət etdirin. Sizin üçün ən uyğun olan dik oturuş tərzinə alışın.

Skolioz korseti və növləri

Skolioz xəstəliyində tətbiq edilən əsas müalicə üsullarından biri korset istifadəsidir. Bəs hansı korsetdən istifadə olunmalıdır? Hər korset fərqli müalicə prosesində istifadə olunur. Ən yaxşı skolioz korsetləri

1. Thoraco-Lumbo-Sacral Orthosis

Onurğa əyriliyinin müalicəsində ən çox istifadə edilən Boston korsetidir. Əsasən bel nahiyəsindəki onurğa əyriliyi zamanı istifadə olunur. amamilə plastikdən hazırlanır və uşağın bədəninə mükəmməl şəkildə uyğunlaşır. Bu korset gün ərzində orta hesabla 23 saat istifadə olunur.

2. CTLSO (Cervico-Thoraco-Lumbo-Sacral Orthosis) və ya Milwaukee korseti
Thoroco korsetinə bənzəyir. Skoliozun müalicəsində istifadə olunan bu korsetdə boyuna bi halqa keçirilir və bu halqa korsetin gövdəsinə metal çubuqlarla bağlanılıb. Bu korset orta hesabla 23 saat istifadə olunur.

3. Charleston Bending korseti

Bu korset yalnız yatarkən istifaə edilir. Əsasən bel əyriliyi üçün nəzərdə tutulub. Tamamilə plastikdən hazırlanan bu korset uşağın bədəninə tam şəkildə uyğunlaşır.

4. SpineCor sistemi

Bu korset digərlərindən fərqlənir. Onurğa hərəkətinə imkan verən korset olduqca dinamikdir. Yalnız skoliozun müalicəsində istifadə olunur.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
4132 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 617
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 941
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 1015
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 836
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1019
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 793