Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Avropa qitəsində getdikcə artan islamofobiya, ksenofobiya və irqçilik orada yaşayan xalqımızın nümayəndələri və miqrantlar üçün ən böyük narahatlıq mənbələrindən biridir. Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Günü münasibətilə yayımladığı mesajında yer alıb.

Mesajında bölgədə baş verən qarşıdurmalara diqqət çəkən Türkiyə Prezidenti bildirib ki, Avropa və ümumi coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll edilməməyə məhkum olduqca bu dəyərlərə qarşı şübhələr artmaqda davam edəcək. Mövcud geosiyasi konyukturada Avropa İttifaqının (Aİ) geniş Avropa coğrafiyası və Aralıq dənizi hövzəsində əhatəli, əməkdaşlıq çərçivəsində və bərabərhüquqlu siyasət yürütməsi qitəmizin gələcəyi üçün həmişəkindən daha vacib hal alıb.

Genişlənmə siyasətinin gücləndiyi bu kritik məqamda Türkiyə ilə Aİ-nin münasibətlərinin əsasını təşkil edən üzvlük danışıqları da daxil olmaqla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyin və onları daha möhkəm təməl üzərində yerləşdirməyin vaxtının çoxdan çatdığını vurğulayan Ərdoğan deyib: “Aİ-nin ölkəmizlə münasibətlərini əhdə vəfa prinsipi çərçivəsində ədalətli və nəticəyönlü yanaşma ilə davam etdirməsi, münasibətlərimizi çıxılmaz vəziyyətə salan siyasət və ifadələrdən çəkinməsi həyati əhəmiyyət kəsb edir. Aİ-nin qlobal güc statusuna da mənfi təsir edən ölkəmizə qarşı tətbiq olunan uzaqlaşdırma siyasəti qarşısında Türkiyə sahib olduğu strateji imkan və qabiliyyətlərindən istifadə etmək, eləcə də onları inkişaf etdirməkdən çəkinməyəcək. Fürsətdən istifadə edərək bir daha xatırlatmaq istəyirəm ki, Türkiyə olaraq gələcəkdə daha firavan, daha həmrəy, daha açıq, ölkəmizin layiq olduğu yeri tutduğu bir Avropa masası üçün birlikdə çalışmağa hazırıq. Bu fikirlərlə başda Türkiyə vətəndaşları olmaqla bütün avropalıları 9 May - Avropa Günü münasibətilə təbrik edirəm”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
10 gün əvvəl
272 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 1 saat əvvəl
  • 19
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 2 saat əvvəl
  • 27
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 3 saat əvvəl
  • 37
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 45
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 5 saat əvvəl
  • 43
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 6 saat əvvəl
  • 50