Üzdə normadan artıq yağlanmanın qarşısını necə almaq olar?

Üzümüzdəki sızanaqların əsas səbəbi olan üz yağlarını necə çıxarmaq olar? Dərimizdə bu yağlanmaların qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır?

Üzün yağlanmasının qarşısını almaq üçün nə etmək lazımdır?

Üzdəki yağlılıq

Yağlı dəri sızanaqların yaranmasına səbəb olur. Bəzən sızanaqları örtmək üçün makiyaj etməyə üstünlük veririk. Dərinin yağlanması daxili bir xəstəliyin əlaməti ola bilər. Bunu öyrənmək üçün müvafiq testlərdən keçmək lazımdır. Əgər problem qaraciyərinizdədirsə, nə qədər dermatoloqa gedib dərman qəbul etsəniz də, müxtəlif losyonlardan istifadə etsəniz də, faydası olmayacaq.

Qeyri-sağlam qidalanmaq dərini yağlandırır

Qidalanma məsələsi də piylənmənin qarşısını almaq üçün diqqətlə düşünülməli vacib olan bir məqamdır. Xüsusən də sifətləri dolğun olan qadınlarda piylənmə nisbəti daha yüksəkdir.

Balanslı qidalanın

Üz yağlanmanın ən əsas səbəblərindən biri balanssız qidalanmadır. Yağlanmanın qarşısını almaq üçün tərəvəz, meyvə və digər vitaminlər qəbul etməli və gündə 2,5 litr su içməliyik. Su istehlakı ilə bədənimizdəki yağ nisbəti tarazlanır.

Duz istehlakını azaldın

Gün ərzində qəbul etdiyiniz duzlu qidalar dərinizin yağlılığını artırır. Bunun üçün duz istehlakını azaltmaqda fayda var.

Şəkərdən uzaq olun

Şəkər istehlakını azaldın. Şəkər də piylənməyə səbəb olur.

Spa masajı

Üz yağlanmasının qarşısını almağın ən təsirli yollarından biri də spa masajı etməkdir. Bu masaj qan axınını sürətləndirir və üz şişkinliyini azaldır.

Üz yağlanmasının qarşısını almaq üçün maska

Üz yağlanmasının qarşısını almaq üçün maska

Tərkibi:
1 çay qaşığı limon suyu
1 çay qaşığı gül suyu
100 qram kil

Hazırlanması:

Bütün inqrediyentləri bir şüşə qabda qarışdırın. Hazırlanmış qarışığı üzünüzə xəfif bir şəkildə çəkin. Dərinizə sürtdüyünüz maskanı 30 dəqiqədən sonra yuyun. Bu şəkildə dərinizi yağdan təmizləmiş olarsınız.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
3508 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Aqil (1 il əvvəl)
Boş şeydi hamsi kömək etmir
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 612
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 929
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 1008
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 832
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1016
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 788