Turist dedikdə böyük şlyapalı, əlində fotokamera olan insanı xəyal edirik. Və ya sahildə günəş vannası qəbul edənlər... Ancaq elə turizm növləri var ki, ziyarətçilərinə daha fərqli şeylər təklif edir. Həmin fərqli turizm növlərini təqdim edirik.

1. Məzar turizmi


Qəbiristanlıqları ziyarət etməyi sevən turistlər çoxdur. Məşhur insanların və ya milli qəhrəmanların məzarları tursitlərin görmək istədikləri yerlər arasındadır. Turistlərinin ziyarət etdiyi məzarlıqlar bunlardır: Vaşinqton DC-dəki Arlington Milli Qəbiristanlığı və Parisdəki Pere Lachaise Qəbiristanlığı. Həmçinin Türkiyədəki Kral Türbələri...

2. Terror turizmi


Bəzi ölkələrə aranı qarışdırmaq, terror tprətmək üçün səfər edən terrorçu-turistlər də var. Onlar əsasən ucuz tətil kəndlərinə gedirlər. Turistlər kimi gəzirlər. Daha sonra isə İŞİD kimi terror təşkilatlarına qoşulurlar.

3. Gecəqondu turizmi


Yalnız maraqlarını təmin etmək istəyən turistlərin növünü təmsil edir. Nəyə bənzədiklərini görmək üçün yoxsulluq, sıxlıq xas olan gecəqondularını ziyarət edirlər. Filippində Manila, Braziliyada Rio de Janeyro, Hindistanda Mumbay bu cür yerlərdir.

5. Eksperimental turizm


Yeni bir şey sınamağı sevən turistlər üçündür. Bunu etmək üçün başqa bir ölkəyə getməyə ehtiyac yoxdur. Şəhərinizin hava limanına bir sınaq turu təşkil edə bilərsiniz.

6. Fəlakət turizmi


Təbii və ya texnogen fəlakətlər nəticəsində dağılmış əraziləri ziyarət edən insanlar üçündür. Bu turizmin başqa bir adı da qaranlıq turizmdir.

7. Seks turizmi


Cinsi əlaqəyə girmək üçün başqa ölkəyə gedən turistləri əhatə edir. Çox vaxt inkişaf etmiş bir ölkədən daha az inkişaf etmiş bir ölkəyə səyahət edilir. Günümüzdə daha çox seks turistləri Çin, Yaponiya, Koreya və Tayvana üz tuturlar. Populyar seks zonaları Kamboca, Tayland, Filippin, Banqladeş, Yamayka və Dominikan Respublikasıdır. Batumi da bu şəhərlər arasındadır.

8. Silah turizmi


Hər ölkədə hücum və snayper tüfənglərinə icazə verilmir. Bəzi ölkələrdə tapança belə almaq olmur. Bu səbəbdən bu ölkələrdə yaşayan insanların başqa ölkələri ziyarət etmələri təbiidir. Havay adalarına gedən turistlər buradakı atıcılıq poliqonlarını ziyarət edirlər.

9. Atom turizmi


Atom turizmi nüvə silahını görməyə gedən turistlər üçündür.Burada nüvə silahının inkişaf etdirildiyi ərazilərə və ya nüvə reaktorunun əriməsi nəticəsində dağılmış ərazilərə axın edən insanlar nəzərdə tutulur.

10. Narkotik turizmi


Narkotik almaq üçün hər hansı ölkəyə gedən turistlərə aiddir. Kolumbiya kimi narkotik istehsal edən ölkələrdə bu cür turizm məşhurdur. Qərb və avstraliyalı turistlər yalnız kokain almaq və ya istifadə etmək üçün Kolumbiyaya gedirlər. Satıcılar əsasən əcnəbilərin ziyarət etdiyi yerlərdə gözləyirlər. Polis isə rüşvət alaraq bu vəziyyəti görməzdən gəlir. Kanadada tibbi marixuana qanuni şəkildə satılır. Avropanın bəzi yerlərində də bu cür hallar hökm sürür.