Gənclər gününə aid söylənmiş gözəl sözləri, təbrik mesajlarını topladıq

2 Fevral özünü gənc hiss edən hər kəsin gənclər günü sayılır. Paylaşdığımız mənalı, yazılı gənclər günü sözlərini, təbriklərini saytımızdan götürərək whatsapp statusda, instagram hesabınızda paylaşa bilərsiniz.

Gənclər günü mesajları

Gənclik şərabsız sərxoşluqdur.

Gənclik sahib olmağa dəyər tək şeydir.

Azərbaycanımızın bütün gənclərini 2 fevral gənclər günü münasibəti ilə təbrik edirəm!

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. (M. K. Atatürk)

Gənclik yaş işi deyil, ruh işidir.

Gənclərə 3 nəsihətim var: Çalış, çalış, çalış!

Gənclik əsən küləyin uçurduğu gül yarpağının arxasınca qaçar..

Gəncliyi anlamadığımız an bu dünyadakı işimizin bitməsi deməkdir.

Bir gəncin səhv etməsinin qarşısını almaq onun sərbəst qərar verməsinin qarşısını almaq deməkdir.

İki şeyi dəyərini itirmədən anlamaq çətindir: Biri sağlamlıq, digəri gənclik!

Mənə xoşbəxt insan haqqında danış desələr, belə cavab verərdim: Gənclik çağını peşmanlıq keçirmədən xatırlayan insan xoşbəxtdir.