Damarında Azərbaycan qanı axan hər bir vətən övladı üçün 20 yanvar faciəsini anmaq həm çətindir, həm də şərəflidir!

20 Yanvar haqqında şəkillər, 20 Yanvar faciəsinə aid statuslar, Qanlı yanvar sözləri bu məqaləmizdən götürərək öz Whatsapp statusunuzda paylaşa bilərsiniz.

Vətən uğrunda, torpaq uğrunda canlarından keçmiş 20 yanvar şəhidlərinə Allahdan rəhmət diləyirik. Biz sizi unutmadıq və dünya durduqca heç zaman da unudulmayacaqsınız.

20 yanvar faciəsini unutduqmamaq və unutdurmamaq üçün siz də şəkilləri və 20 yanvar haqqında deyilmiş sözləri sosial şəbəkələrdə paylaşa bilərsiniz. 20 yanvar haqqında olan şəkilləri telefonunuza yükləyərək dostlarınızla paylaşa bilərsiniz.

20 yanvar haqqında statuslar

Hər şey dəyişdi, heç nə unudulmadı!

Biz sizə gəldik şəhidlər.


Duyun ey şəhidlər intiqamınınız alındı!

Biz var olduqca yaddaşlardan silinməyəcək!

20 Yanvar - Milli Qürur Günümüz!

20 Yanvar hadisəsindən 32 il keçir!


Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları qürurla anırıq!

Qanlı yanvar faciəsindən 31 il ötür. Allah rəhmət eləsin bütün şəhidlərimizə!

Vətəni sevmək nə kişi işidir, nə qadın... Vətəni sevmək ürək işidir..


Bağışlıyın "Şəhidlər" sizi ancaq bu gün yada salırıq :(


Məkanın Cənnət, Ruhun şad, Şəhadət mərtəbən xeyirli olsun Şəhidim..

Allahım sən özü bizim xalqımızı qoru.

Uğrunda qan tökülən torpağa VƏTƏN deyilir.

Mən əminəmki gələn il bu vaxt Şəhidlərimizin ruhunu Qarabağda yad edəcəyik..! (Bu status keçən il yazılıb, Şükür Allaha Qarabağımıza qovuşmuşuq)


20 yanvar faciəsində gözünü belə qıpmadan öz canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?

20 Yanvara aid şəkillər yüklə 2022

Bəxtiyar Vahabzadə - Şəhidlər şeiri

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

İçimdə bir mərəz, xəstəliyim var
Od vurub qəlbimə İyirmi Yanvar
O qanlı günləri xatırlayanda
Yaş gəlir gözlərdən biixtiyar

Sovet rejiminin sifarişiylə
Qəddar Qorboçovun göstərişiylə
Yerli əhaliyə divan tutuldu
Avtomat, pulemyot atəşi ilə

Atəşə tuş gələn, qoçaqlar da var
Qadınlar, qocalar, uşaqlar da var.
Zirehli tankların çarxları altda
Kəsilmiş ayaqlar, əllər də var

Azadlığın yolunu seçən xalqımız
Şəhadət şərbətin içən xalqimiz
Əlyalın, silahsız düşmənə qarşı
Öz şirin canindan keçən xalqimiz.

Nəzər sal Vətənin torpaq, daşına
Nə çox müsibətlər gəlib başına
O keçən günləri unutmaq olmaz
Tarixin həkk olub qan yaddaşina.

İyirmi yanvarda, o qanlı gündə
Əsarət ipini qırdı şəhidlər.
Hüseyni duruşla qalxıb ayağa
Zilləti izzətlə vurdu şəhidlər.



Şəhidlik - əbədi bir həyat demək,
Şəhidlik - əbədi səadət demək,
Şəhidlik cihaddır - ibadət demək
Səf-səf ibadətə durdu şəhidlər.

"...Onlar diridirlər..." - Quran ayəsi
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! - məqsədi, amal, qayəsi
Bu yolda canını verdi şəhidlər.

Əsrlərdən bəri o qanlı bayraq
Hay salır, hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər.

Zamanın sahibi (ə.f.) gələydi ey kaş,
Bizləri nökəri biləydi ey kaş,
Yolunda canımız öləydi ey kaş
Necə Kərbəlada öldü şəhidlər.

Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən!


O gecə qaranlıq çökmüşdü yerə,
Tarix milyon kərə təkrarlanırdı..!
Bulud yaşmağını örtdü göylərə
Ulduz utanırdı,ay utanırdı.


Ən təsirli 20 Yanvar şeirləri

Körpələr üstünə tank yeriyirdi,
Qanlı gölməçələr addımbaşıydı..
O soyuq gecədə buz əriyirdi,
Donan gözlərdəki acı yaşıydı!

20 Yanvar haqqında digər məqalələrimiz: