Kişilər saç modelləri kimi, saqqal modellərinə də üstünlük verirlər. Saqqal kişilərdə ən böyük bəzək olduğundan, nə qədər nizamlı olarsa, o qədər gözəl görünmək mümkündür. Lakin düzgün saqqal modelindən istifadə etmək vacibdir. Saqqal forması seçərkən ən vacib detal üz tipidir. Məsələn, üzünüz bucaqlı, oval, üçbucaqlı, yuvarlaqdırsa, top saqqal seçmək daha doğru olar.

3-4 günlük saqqal modeli


Bu saqqal forması üzün alt hissəsinə yayılan bir modeldir. Daha rəsmi görünmək istəyənlər bu modeldən istifadə edə bilərlər. Həmçnin, kostyum geyinənlərə tövsiyə edilən modellərdən biridir.

Keçi saqqalı modeli


Bu modeldən xüsusən üzü balaca olan kişilər istifadə edirlər. Üz xəttini aşağı uzadılmış tərzdə göstərən bu model hər zaman populyarlığını qoruyur. Bu il də keçi saqqalı modeli dəbdə olan modellər arasındadır.

Uzun saqqal modeli


Saç və saqqalın kombinasiyası olduqca məşhurdur. Saçları qısaldaraq uzun saqqal modelindən istifadə etmək daha gözəl görünüş yaradar. Bu saqqal modeli düzbucaqlı, kvadrat, düz və ya yuvarlaq üzlü kişilərdə daha yaxşı görünür.

Qısa saqqal modeli


Üz xəttini vurğulamaq istəyən kiçik üzlü kişilər üçün ən ideal saqqal modellərindən biridir. Qısa saqqal modeli ilə daha xoş bir görünüşə sahib ola və üslubunuzda dəyişiklik edə bilərsiniz.

Hipster saqqal modeli

Uzun müddətdir saqqal modelləri arasında populyarlığını qoruyan və 2021-ci ilin ən populyar saqqal modellərindən biri olan hipster saqqal modeli əsasən dağınıq geyinməyi sevən kişilərə tövsiyə edilir. Üzə fərqlilik qazandıran bu modeldən istifadə edə bilərsiniz.

Dodaqaltı saqqal modeli


Fərqli görkəmə nail olmaq istəyən kişilərin üstünlük verdiyi saqqal modelidir. Dodaqla çənə arasında qısa saqqal saxlamaqla bu model əmələ gəlir. Bu saqqalın miqdarı və ölçüsü özünüzdən asılıdır.

Cizgili saqqal modeli


2021-ci ilin ən populyar saqqal modelləri arasında yer alır. Dodaqdan biraz aşağıda bir xətt şəklində saxlanılan saqqal daha çox marjinal üslublu kişilərin üstünlük verdiyi modeldir.

2021-ci ilin saqqal modelləri

Bu məqaləni oxuyub özünüzə uyğun saqqal modeli seçə bilərsiniz.