ABŞ-da baş verən faciəli hadisələr nəticəsində tərk edilmiş yerlərin qeyri-adi hekayələri mövcuddur. Bununla bağlı ətraflı məlumatı təqdim edirik.

10. Centralia


Nyu-Yorkdan cəmi 3 saatlıq məsafədə yerləşən bu yer "Cəhənnəmə xoş gəlmisiniz" adıyla tanınır. Səbəbi isə Centralia kömür mədənində baş verən yanğındır. Onilliklər keçsə də, burada hələ də yerdən tüstü çıxır. Hava zəhərlidir və buna görə də torpaqda həyat əlaməti yoxdur.

9. Bombay Beach


Kolorado çayı daşaraq 15-35 millik ərazini su altında qoyub. Bu yer əslində səhradır. “Səhrada möcüzə” kimi tanınan otellər, yaxtalar, evlər, məktəblər su altında qalıb. Sular çəkiləndə duz və palçıqdan ibarət bataqlığa çevrilib.

8. Orpheum teatrı


Orpheum teatrı Titanik batdığıgün açılıb. Teatrın tərk edilmiş binası olduqca məşum görünür.

7. Jazzland


Katrina qasırğası buranı məhv etməmişdən əvvəl yaxşı əyləncə mərkəzi idi. 13 ildir ki, tərk edilmiş yer həyatı yaşayır.

6. Hudson River Dövlət Xəstəxanası


Bu xəstəxana 1871-ci ildə açılıb. Ruhi xəstələrə dəhşətli müalicə üsullarının tətbiq olunduğu yer kimi tarixdə qalıb. Sonda isə tərk edilmiş məkana çevrilib.

5. Ohio State Reformatory


Hazırda muzey kimi istifadə olunsa da, ABŞ-da qorxulu tarixçəsi olan yerlər arasındadır.

4. Prattville Mills


Pambıq zavodu yaradılması üçün 20 000 dollara alınıb. İndi isə içi xarab olmuş və paslanmış texnika ilə doludur.

3. Waverly Hills Sanatorium


1900-cü illərdə ABŞ-da hər il 110 minə yaxın insan vərəmdən ölürdü. 1910-cu ildə inşa edilən Waverly Hills sanatoriyası ölümcül xəstəliyin yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. Burada 64 min insan ölüb. Onların cəsədləri binadan yeraltı keçidlə aparılıb. "Ölüm tuneli" adlı film bu hadisələr əsasında lentə alənıb.

2. Garnet, Montana


1898-ci ildə qızıl mədənçiliyinin aparıldığı bu qəsəbədə 1000 nəfər yaşayırdı. Qəsəbə 1912-ci ildə tərk edildi. 1930-cu illərdə insanlar yenidən buraya gəlib yaşamağa başladılar. İkinci Dünya Müharibəsindən sonra isə qəsəbə tamamən tərk edilmiş yerə çevrildi.

1. Köhnə Nyuqeyt həbsxanası


Köhnə Nyuqeyt həbsxanası əsrlərdir varlığını qoruyur. Həbsxana əvvəlcə 1700-cü illərin əvvəllərində mis mədəni kimi istifadə edilib. 1773-cü ildə mis tükəndikdə, ümumi idarənin göstərişi ilə həbsxanaya çevrilib. Məhkumlar saman döşənmiş kameralarda siçovullarla birlikdə yaşayıblar. Qeyri-insani rəftarın hökm sürdüyü həbsxana 1827-ci ildə bağlanıb.