Dünyada hər gün 40000-dən artıq insan aclığın və yetərsiz qidalanmanın səbəb olduğu xəstəliklərdən ölür. Aclıq, yoxsulluqla bağlı ən mənalı sözləri təqdim edirik.

Aclıq möhkəm sümükləri yumşaldır. – Trivalluvar


Ac qalmaq alçalmaqdan yaxşıdır. – Həzrəti Əli

Aclıq insanları öldürən, partiyaları yaşadan bir olaydır. – Özdemir Asaf


Aclıq qılıncdan belə kəskindir. – Beaumont Fletcher


Aclıq ən ağıllı balıqları belə tilova çəkir. –Goethe

Tox olan cümlə cahanı tox sanar, ac olan aləmdə çörək yox sanar.

Bir ordu mədəsi üstündə yeriyir. – Napaleon Bonopart


Kral da, dilənçi də eyni iştahla acırlar. – Montaigne

Hər xəstəliyin təməlində aclıq dayanır. – Məhəmməd peyğəmbər

Bir dəvə yükü aş da aca az görünər.

Yer üzündə aclıqdan ölənlərin sayı toxluqdan ölənlərin sayından daha azdır. – Theognis


Yeriyən it acından ölməz.

Aşağı səviyyəli məxluqların zəkasını təkcə aclıq kəskinləşdirir. Tox bir heyvan qorxunc axmaqdır. – Goethe


Hər şeyin bir zəkatı vardır. Bədənin zəkatı da aclıqdır.

Aclıqdan öləni bir kisə qızıl diriltməz. – Aşşurbanipal Küt

Əsl zənginlik mal-mülk çoxluğu deyil, könül toxluğudur.


Aclıq nə insanlıq, nə dost, nə qohum, nə də haqq tanıyır. – Daniel Defo

Yer üzündə heç bir qida aclıq qədər ləzzətli deyil. – Cervantes

Vədlər məmləkətində insan acından ölür.

Aclıq işsiz insanın yoldaşıdır. – Hesiodos


Aclıqla bağlı dini sözlər

Bir məmləkətdə bir kimsə acından ölürsə, bütün məmləkət onun qatili sayılır.

Aclıq illərində ölənlər aclıqdan ölmürlər. Onlar alışdıqları toxluqdan ölürlər. – İbn Xaldun


Əgər aclıq dərdi olmasaydı, nə ovçu tələ qurardı, nə də quş tələyə düşərdi.

Aclıq çörəyi sənə təptəzə və ən yaxşı undan bişirilmiş kimi göstərir.


Ac toxun üzünə baxmaqla doymaz.İnsablar xəstəliklərinin hamısına çarə tapa bilməz, ancaq hər dərdə dərman olmağa ən yaxın şey aclıqdır. – Foxvell