Apple Inc müxtəlif məhsulları və milyonlarla istifadəçisi ilə dünyanın ən populyar texnologiya nəhəngi kimi tanınır. Şirkətin ən məşhur məhsulları arasında Macintosh kompüterləri, iPod, iPad və iPhone yer alır.

Apple haqqında 15 maraqlı faktı təqdim edirik.

1. Apple, 1 aprel 1976-cı ildə Steve Jobs, Steve Wozniak və Ronald Wayne tərəfindən təsis olunub. Tərəfdaşlar Apple-ı qurmadan əvvəl "Atari" firmasında tanış olublar.


2. Wozniak tərəfindən dizayn və istehsal olunan "Apple-1", Apple şirkətinin buraxdığı ilk fərdi kompüterdir. "Byte a Apple" adlı kompüter 666,66 dollara satılıb.


3. Apple 2003-cü ildə istifadəçiləri üçün hazırladığı iTunes musiqi mağazasını istifadəyə verib. Mağaza ilk 18 saatda təxminən 275.000 ədəd satılıb.

4. Apple ilk rəngli rəqəmsal kamerası Quictake-i 1994-cü ildə istehsal edib. İki fərqli ölçüdə şəkillər saxlaya bilən kamera, 1997-ci ildə satışdan çıxarılıb.


5. Apple-ın ilk loqotipi şirkətin tərəfdaşlarından biri Ronald Wayne tərəfindən dizayn edilib. Loqoda Isaac Newtonun başına alma düşərək cazibə qüvvəsini kəşf etməsi təsvir edilib.


6. Musiqi dünyasında yenilik yaradan iPod-u kopirayter Vinnie Chieco kəşf edib.

7. Apple-ın ilk loqosu 1977-ci ildə Steve Jobs-un istəyi ilə dəyişdirilib. Loqonun markanı əks etdirmədiyini düşünən Jobs, qrafika dizayneri Rob Janoffdan kömək istəyib.


8. Manhattan 5-ci prospektdə yerləşən Apple Cube, dünyanın ən çox fotoşəkil çəkilən yerlərindən biridir.


9. Steve Jobs, ABŞ Prezidenti Ronald Reyqan tərəfindən "Milli Texnologiya Medalı" ilə təltif edilib.


10. Apple şirkəti siqaret mövzusunda çox həssasdır. Şirkət rəsmiləri Apple kompüterləri yaxınlığında siqaret çəkməyin zəmanəti ləğv edə biləcəyini söyləyirlər. Bunun səbəbi texniki xidmət işçilərinin bioloji təhlükə altında qalmasının qarşısını almaqdır.

11. Siri, etdiyiniz bütün danışıqları və saxladığınız hər şeyi Apple-a göndərir.

12. Bill Gates 1997-ci ildə Apple-a 150 milyon dollar sərmayə qoyub. Steve Jobs Gatesin sərmayə qoyması üçün Windows patenti satın alıb.


13. Apple şirkətində 90 mindən çox işçi çalışır. Şirkət daxilində dünyanın müxtəlif nöqtələrindən sərbəst iştirakçılar var.

14. Apple 2014-cü ildə Amazon, Google və Facebook-un ümumi gəlirindən daha çox qazanc əldə edib.


15. Apple təxminən 150 milyard dollar sərmayə ilə Netflix, Twitter, Tesla, Facebook şirkətlərini ala bilər.