Bu məqaləmizdə artıq çəkidən əziyyət çəkən 8 məşhurun necə dəyişdiyindən bəhs edəcəyik.

Artıq çəkidən xilas olmaq çoxlarının arzusudur. İdeal saydığınız çəkidə olduqda özünüzü daha inamlı və rahat hiss edirsiniz. Bu, məşhurlar üçün də belədir. 8 məşhurun əvvəlki və indiki hallarını təqdim edirik.

1. Perez Hilton


33 yaşlı Perez Hilton medianın kralı adlandırılır. "Shape" dərgisinə verdiyi açıqlamada artıq çəkidən necə qurtulduğunu açıqlayan Hilton "ömrüm boyu artıq çəkimlə mübarizə aparmışam. 2008-ci ildə səhhətim üçün təhlükə yarandı. 4 il sonra istədiyimə nail oldum", - deyə bildirib. O, 70 kilo arıqladığını, sağlam və davamlı pəhrizlə buna nail olduğunu, indi özünü mükəmməl hiss etdiyini vurğulayıb.

2. Chiquis


Jenni Riveranın qızı Chiquis "People en Espanol" dərgisinin üz qabığında "Yeni Chiquis" kimi təsvir olunub. 28 yaşlı meksikalı məşhur 8 həftədə 30 kilo arıqlamağı bacarıb. Chiquis "qəlbimdə hələ də gombul bir qız var, o mənə belə dedi: Gordita, fasilə verməyin vaxtı çatdı", - deyə qeyd edib.

3. Christina Aguilera


"Bilboard" musiqi mükafatlandırma mərsaimində 32 yaşlı müğənni görünüşü ilə diqqət çəkib. O, çəkisi ilə bağlı tənqid olunurdu. Ekvadorlu ulduz arıqladıqdan sonra özünü daha yaxşı hiss etdiyini söyləyib.

4. Fat Joe


Reper Fat Joe 2011-ci ildə təxminən 100 kilo çəki itirib. VLAD TV-yə açıqlamasında "arıqlamağın əsas yolu sizə nəyin zərər verib vermədiyini bilməkdir", - deyə bildirib. Bəs Joe bunu necə bacarıb? O, səhərlər karbohidrat qəbul etdiyini günün qalan hissəsində karbohidratdan uzaq durduğunu açıqlayıb.

5. Raul de Molina


Molina 2007-ci ildə 60 kilodan artıq çəki itirib. O, bununla bağlı kitab da yazıb. Kitabda düzgün qidalanmaqdan, pəhrizdən, güclü iradədən bəhs edib. Molina "insanlar həmişə məndən arıqlamaq üçün soruşurlar. Hər kəs məni təbrik və təqdir etdikcə bu, məni davam etməyə ilhamlandırırdı. Həyat yoldaşım və qızım da mənə dəstək oldu", - deyə bildirib.

6. Snooki


Snooki 42 kilo arıqlamağı bacarıb. 25 yaşlı televiziya ulduzunişanlısı Jionni LaVallenin çəki itirmə prosesində ona motivasiya verdiyini, idman salonuna getdiyini, məşqçisi ilə fərdi məşqlər keçdiyini söyləyib. O, yağlı qidalardan uzaq durduğunu da əlavə edib.

7. Daddy Yankee


Hamının tanıdığı, sevdiyi Pudgy! O, həyatını dəyişməyə qərar verərək 30 kilo çəki itirib. Bunu sağlam şəkildə bacararaq yeni tərzinə sahib olub.

8. Nicole Richie


Nicole Richie rəfiqəsi Paris Hiltonla apardığı "The Simple Life" proqramı zamanı indikindən daha çəkili idi. İndi isə ideal bədən quruluşuna sahibdir.