Bu məqaləmizdə hazırlanması və tətbiq edilməsi asan olan tüktökücü müalicə reseptlərini təqdim edəcəyik. Mütəmadi istifadə nəticəsində tük kökləri tamamən yox olur. Həmin təbii üsulları təqdim edirik.

1. Limon müalicəsi


Limon və duz qarışığı tük köklərini zəiflədərək azalmasına səbəb olur. Bu müalicə üsulu tük köklərinə nüfuz edərək onları zəiflədir. Limonla duzun qarışığını müvafiq bölgələrə tətbiq etdikdən sonra 3-4 saat gözləyin. Yanma hiss etdikdə dərhal yuyun. Limon müalicəsi üçün limon suyuna 2 çay qaşığı duz əlavə edib qarışdırın.pambıq vasitəsilə istədiyiniz bölgəyə sürtün. Müsbət nəticə almaq üçün bu üsuldan mütəmadi olaraq istifadə etməlisiniz.

2. Soğan müalicəsi


Soğan müalicəsi tük köklərini zəiflədir. Bir ədən soğanı rəndədən keçirərək suyunu çıxarın. Sonra soğan suyunu müvafiq bölgələrə tətbiq edin. Soğan suyu 1 saat həmin nahiyələrdə qalmalıdır. Mütəmadi olaraq bu prosesi təkrarlayın.

3. Portağal müalicəsi


Portağal qabıqlarını məcun halına gələnədək rəndədən keçirin. Üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edin. Alınan qarışığı istədiyiniz bölgəyə çəkib 1 saat gözləyin. Sonra su ilə yuyun. Bununla da tük köklərini yox etmək olar.

4. Aslanpəncəsi müalicəsi


Tükazaldıcı təsirə malik olan aslanpəncəsi, hormon səviyyəsini tənzimləyir. Əsasən hormon pozulmasından qaynaqlanan aşırı tüklənmə problemini aradan qaldırmaqda faydalıdır. 1 stəkan qaynadılmışsuya aslanpənçəsi əlavə edin. 4-5 dəqiqə dəmlədikdən sonra süzün. Hər gün bu çaydan istifadə edin.

5. Yumurta ağı müalicəsi


Qarğıdalı unu və şəkərlə qarışdırılan yumurta ağı tüklərin azalmasına imkan yaradır. Yumurta ağını qarğıdalı unu və şəkər tozu ilə qarışdırın. Bu qarışığı arzuolunmaz tüklərin çıxdığı bölgələrə tətbiq edin.

6. Zərdəçal müalicəsi


Üzdə çıxan arzuolunmaz tüklərdən xilas olmaq üçün bu təbii müalicə üsulundan istifadə edə bilərsiniz. Zərdəçal tozunu bir kasaya tökün. Üzərinə 2 xörək qaşığı süd əlavə edib qarışdırın. Qarışığı müvafiq bölgələrə tətbiq edin. 30 dəqiqə gözlədikdən sonra yuyun. Bunu həftədə 3-4 dəfə etmək lazımdır.

Ən yaxşı 5 epilyasiya cihazı

1. Philips Lumea Prestige IPL


Bu cihaz üçüncü tətbiqetmədən sonra tüklərin 92 % azalmasına səbəb olur. Cihaz bədənin hər bir bölgəsinə uyğun başlıqla təchiz olunub. Qoltuq altı, üz, ayaq, sinə və digər həssas bölgələrdəki arzuolunmaz tüklərdən bu məhsulla xilas ola bilərsiniz.

2. Braun Silk-Epil 9


Ən yaxşı epilyasiya avadanlıqlarından biridir. Tüklərin təmizlənməsini sürətlə həyata keçirir. Yuyula bilən başlığı və islaq istifadə edilmək özəlliyi sayəsində asan təmizlik imkanı yaradır.

3. Arzum AR5050


Ən yaxşı UV ışıqlı tüktökücü cihazlardan biri olan Arzum AR5050, üç istifadə ilə arzuolunmaz tükləri 70 % yox edir. UV qoruyucu eynək ilə təchiz olunub.

4. Babyliss IPL G947E


IPL modelləri arasında ən yaxşısı sayılan Babyliss-in bu məhsulu tüklərin 90 % azalmasını təmin edir. Həssas bölgələrdə də təsirlidir. Vücud təması sensoru sayəsində ağrıverici təsir göstərmir.

5. Philips Satinelle Advanced


40 dəqiqəlik şarj müddəti olan cihaz, 8 fərqli başlığı sayəsində təsirli təmizlik yaradır. Gəniş başlığınınköməyi ilə arzuolunmaz tüklərdən xilas olmağa kömək edir.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.