Atalar doğum günlərində övladlarından təbrik eşitməyi sevirlər. Bu xüsusi günlərdə onları sevindirmək üçün ən gözəl təbrik mesajlarını sizlər üçün hazırlamışıq. Onları sizə təqdim edirik.

Ad günün mübarək, əziz atam, həyatın bütün gözəlliklərini mənə öyrədən insan.

Sədaqət, dürüstlük, həqiqi sevginin tərifini istəsələr, bunu bir sözlə ifadə edə bilərəm: ATAM. Ad günün mübarək, ata.

Kədərimi, sevincimi və xoşbəxtliyimi bölüşdüyüm ən yaxşı dostum. Ad günün mübarək.

Gələcək hər günün əvvəlkindən gözəl, xoşbəxt keçsin. Əziz atam, ad günün mübarək.

Dünyanın ən yaraşıqlı atası, səni çox sevirik, doğum günün mübarək.

Yaşlandıqca anladım ki, sənin kimi bir ata səhrada bitən gül qədər nadirdir. Atam olduğun üçün sənə minnətdaram. Ad günün mübarək.


Hüzur və dərd ortağım, əziz atam, ad günün mübarək.

İlk və yeganə qəhrəmanım, əllərimi ilk tutduğun andan etibarən həyatda həqiqi və yenilməz bir sevginin olduğuna məni inandırdın. Ailəmin başçısı, böyük sevgim, ad günün mübarək. Yaxşı ki, varsan.

Canım atam, hər zaman yanımda olduğuna görə təşəkkür edirəm.


Fədakarlıq, sevgi, səbir və gözəlliyin nə demək olduğunu soruşsalar, atam deyə cavab verərəm.

Səni gün keçdikcə daha çox sevirəm. Ad günün mübarək.

Sənə olan sevgim ilk dəfə bir ağacın tumurcuqlanmasına bənzəyir, quş balasının ilk dəfə qanad çalmasına bənzəyir. Ad günün mübarək.


Əziz atam, sənə çox xoşbəxt bir il arzulayıram. Bütün xəyalların gerçək olsun. Ad günün mübarək.

Ailəmizin dirəyi, əziz atam, doğum günün mübarək.

Bizi min əzab-əziyyətlə böyütdüyün üçün sənə minnətdarıq. Nə etsək də sənin haqqını ödəyə bilmərik.

Dərdlərimi və sevincimi bölüşdüyüm ən yaxşı dostum. Doğum günün mübarək.

Varlığın ürəyimi isidir, mənə rahatlıq, inam bəxş edir. Mən səni sevirəm, ad günün mübarək.

İnsanın həyatdakı ən böyük xəzinəsi dünyadakı qaranlığa baxmayaraq, aydınlığını qoruyan ürəyidir. Sən dünyanın ən varlı adamısan, ata.


Həyatın mənasını və bütün gözəlliklərini öyrədən insan - atam, ad günün mübarək.

Mənə yatmaq üçün danışdığın nağıllardakı səs tonunda sevgi notları olduğunu anlamışdım. Nağıllarımın qəhrəmanı, ad günün mübarək.

Qollarından daha güclü, hüzurlu, ürəyindən daha isti bir yer yoxdur mənə. Ad günün mübarək.

Ulu bir çinar ağacı kimisən. Sənə söykənən zaman elə bilirəm, dünyanı da fəth edərəm. Çünki sən mənə həmişə güc verirsən. Ad günün mübarək.


Nəhayətsiz sevgiylə məni sevən atam, sənə layiq olmaq üçün yaşayıram. Ad günün mübarək.

Aylardır dənizlərdə üzən dənizçinin gözləri torpaq axtaran kimi ən şad günlərimdə gözlərim həmişə səni axtarır. Hər uğurumda sənin imzan var.


Dünyadakı ən qiymətli varlığım, ürəyimin paytaxtı, atam, yerin mənim üçün heç vaxt dəyişə bilməz. Ad günün mübarək.

Əziz atam, səni təsvir etməyə sözlərin gücü çatmır. Sən mənim yeganə sevgimsən. Doğum günün mübarək.

Gülüşünü sevdiyim insan, sevincinlə həyatıma rəng qatırsan. Həmişə gülümsə. Ad günün mübarək.


Ata, Allah səni başımızın üstündən əskik etməsin. Ad günün mübarək.

Həyatımızın sevinci, evimizin rəngi və istiliyi, ən böyük dəstəyim və dostum, ad günün mübarək olsun!

Zaman sürətlə axıb keçsə də, sənə olan sevgim heç dəyişmədi. Neçə belə illərə çıxasan.


Əziz atama sevgilər ərmağan edirəm. Doğum günün mübarək.

Həyatın bütün gözəlliklərini mənə öyrədən insan, ad günün mübarək.

Nə etsən, onu da taparsan, deyirlər. Mən nə etdiyimi bilmirəm, Allaha şükür ki, səni bizə verib, əziz atam. Ad günün mübarək.

Sevgi dünyanın ən qiymətli hədiyyəsidir. Gözlərinə baxdıqda ən mükəmməl sevgini görürəm. Səni çox sevirəm.

Canım atam! Varlığın ürəyimi isidir, mənə xoşbəxtlik və güvən verir. Səni sevirəm, yaxşı ki, varsan. Ad günün mübarək.

Sənə günəş kimi parlaq, su kimi duru həyat arzulayıram. Ad günün mübarək.


Böyüyəndə sadəcə sənin kimi olmaq istəmişəm. Ad günün mübarək, ata.

Sən evimizin dirəyi, gəmimizin avarısan. Ad günün mübarək.

Yeni yaşında xoşbəxtlik, əmin-amanlıq və uğur həmişə səninlə olsun. İndiyə qədər sənə ağırlıq verən bütün yüklərdən qurtulasan.

Oxşar doğum günü təbrikləri: