Yerin yeganə təbii peyki olan Ay, Günəş sistemi üçün ən böyük beşinci təbii peykdir. Dünyaya ən yaxın planetlərdən biri olan Ay ümumilikdə bizdən 384 403 km məsafədədir. Ayla bağlı maraqlı faktları təqdim edirik.

1. Alimlərin fikrincə, Ayın pi bir keçmişi var. Təxminən 5 milyard il əvvəl Ay böyük bir partlayış nəticəsində bir planetdən qopub.


2. Ay əslində dəyirmi deyil. Oval, yəni yumurta şəklindədir.


3. 2,5 milyard il əvvəl Ay Yerə indikindən daha yaxın idi və bu səbəbdən Ay daha böyük görünürdü.


4. Ayda atmosfer olmadığı üçün havanın temperaturu -150 dərəcə civarındadır.


5. Günəş sistemindəki ən böyük krater Ayda yerləşir.


6. 2018-ci ilə qədər Aya yalnız 12 nəfər ayaq basıb.


7. Ayın bütün səthi reqolit adlanan əzilmiş və toz halında olan bir təbəqədən ibarətdir.


8. Ayda hava şəraiti olmadığından, hər hansı ayaq izi milyonlarla il orada qala bilər.


9. Ayda cazibə qüvvəsi az olduğundan, əgər çəkiniz 90 kq-dırsa, Ayda 15 kq çəkidə olarsınız.


10. Soyuq müharibə dövründə ABŞ nüvə bombasını Ayın səthinə qoyaraq partlatmağı düşünürdü. Bunun səbəbi Rusiyaya gücünü göstərmək idi.


11. Ayda atmosfer olmadığı üçün gecə və gündüz anlayışı yoxdur.


12. Yer Aydan 81 dəfə ağırdır.


13. Ayda Wi-Fi var. Bu Wi-Fi Yerdən 4 infraqırmızı teleskopla gəlir.


14. Ayda qolf oynayan ilk şəxs astronavt Alan Şeparddır.


15. Ayın xəritəsini çəkən ilk şəxs ingilis astronom Tomas Harriotdur.


16. Dolunay yarım aya nisbətən beş qat daha parlaqdır.


17. Ay torpağında tapılan qaya tozunun barıt iyi verdiyi deyilir.


18. Ayda ümumilikdə bazalt, abartozit və breccia olan 3 növ qaya mövcuddur.


19. Aya gedən ilk kosmik aparat olan Apollon 11, dörd gün altı saata gediib.


20 Dolunayın parlaq olmasına baxmayaraq, əslində günəş şüalarının Yerə yalnız 7%-ni əks etdirir.

Sizə maraqlı olacağını düşündük: