2014-cü ildə Miss Türkiyə üçüncüsü seçilən Aybüke Pusat həm rol aldığı filmlərlə, həm də gözəlliyi ilə Türkiyənin diqqətini çəkməyi bacarır.

Aybüke Pusat 20 May 1995 -ci ildə anadan olub. Keçən mövsüm Söz serialında Bahar rolunu oynayan Aybüke Pusat dramatik şəkildə öldü və ölümü hələ də Söz serialının mövzusudur. Xəbərimizdə aktyorluq karyerasına Medcezir serialında canlandırdığı Elif obrazı ilə başlayan Aybüke Pusatla maraqlanırıq.


Aybüke Pusat 20 may 1995-ci ildə Ankara şəhərində anadan olub.


Parlaq saçları, gözəl gözləri ilə tanınır. Onun gözəllik sirlərini sizə təqdim edirik.

Dəri baxımı

"Hər gün üzümü və boynumu dermatoloji məhsullarla təmizləyirəm. Sonra limon suyu çəkib qurumasını gözləyirəm. Kremi sonradan çəkirəm. Bu dərinin elastikliyini və canlılığını artırır. Pilinq üçün hazır məhsullar almıram. Soda və türk qəhvəsinin qarışımı ilə pilinq hazırlayıram. Dərini həm yumşaldır, həm də təbii məhsullardır. Bütün bədən üçün də istifadə etmək olur."

Saç baxımı


"Duş qəbul edərkən soyuq su ilə bitirirəm. Bu bədənimin ayılmasına kömək edir. İstifadə etdiyim şampunun maskasından istifadə edirəm. Şampun seçiminə diqqət edirəm. Saç kremi istifadə etmirəm. 3 ayda bir keratin baxımı etdirirəm. Arqa yağı ilə evdə maska çəkirəm."

Əl və ayaq baxımı


"Rəqqas olduğum üçün ayaq dırnaqlarım deformasiyaya məruz qalır. Ona görə tez-tez pedikürə gedirəm."

"Ayaqqabılarımla həmişə dabanlıq istifadə edirəm. Gecə yatmadan əvvəl ayaqlarımı kremləyib corab geyinirəm."

"Bol su içirəm, yuxusuz qalmamağa diqqət edirəm. Kosmetik məhsullar yerinə dermatoloji məhsullardan istifadə edirəm. Dərimin və saçımın tipinə uyğun kremlər və sabunlar istifadə edirəm."


Aybüke Pusatın rol aldığı dizilər:

İlDizi adıRol
2014
Medcezir
Elif
2015-2016
O Hayat Benim
Zeynep
2016
Familya
Su Beyoğlu
2017
Söz
Bahar Kutlu Karasu
2018
Şahin Tepesi
Verda Özden
2019
Her Yerde Sen
Selin Sever