Azan haqqında olan ən gözəl və mənalı sözləri sizə təqdim edirik.


Azan islamın səsli bayrağıdır.


Azan ruhları ehtizaza gətirir.


Nə şeirlər, nə mahnılar... Sənə ən çox azan yaraşır, İstanbul.


Azan qəlbləri titrədir, gözləri nəmləndirir.


Ömür azanla və namaz arası qədərdir.


Bir kimsəmin olmadığını deyərkən azan oxundu. Çox utandım.


Möminlər azanla qalxıb namaza hazırlaşmalıdırlar.

Gecəni yuxusuz keçirən və sübhün açılmasını gözləyən xəstələr azanla təsəlli tapmalıdırlar.


Ulduz axanda ürəyimdə arzu tutmuram, azan oxunarkən dua edirəm.

İnsanı rahatlaşdıran bir səs varsa, o da azan səsi olmalıdır.


Rahatlıq tapmaq istəyirsənsə, azanla diril, dua ilə yaşa.

Azan səsini eşitdikdə hərəkətlərinə düzəliş verən insanlar vardır. Qəlbin rahatlığı üçün ədəb lazımdır.


Qiyamətin axşam azanından sonra qopacağı deyilir. Bəlkə də analrımız buna görə axşam azanından əvvəl evdə olmağımızı istəyirlər.