Bu məqaləmizdə bacı üçün ən gözəl ad günü təbriklərini bir məqalədə toplamışıq.

Bacıya yazmaq üçün doğum günü təbrikləriniad günü təbriki yazılı şəkilləri telefonunuza endirə bilərsiniz. Ad günü təbrik şəkillərini whatsapp statusda, instagram hesabınızda paylaşaraq bacınızın ad gününü təbrik edə bilərsiniz.

Bacı ad günün mübarək mesajları


Yeni yaşını təbrik edir, gözlərindən öpürəm, əziz bacım.

Ad günün mübarək, əziz bacım, səni çox sevirəm.


Bacı candır, dərd ortağıdır. Bütün bacıların ad günü mübarək.

Ey balaca mələk! Mən səni baldan çox sevirəm doğum günün mübarək bal. Doğum günün mübarək.

Canım bacım! Sağlamlıq və xoşbəxtlik içində ad gününü təbrik edirəm.

Doğum günün mübarək, həyatımın ən önəmli hissəsi - bacım.


Yaxşı ki, varsan bacı. Ad günün mübarək.

Həyatında təbəssüm əsla əskik olmasın. Ad günün mübarək.


Bacı, səni çox sevirəm. Cansan, yaxşı ki, varsan. Neçə belə illərə...

Çətin günlərimdə həmişə yanımda olmusan, gözəl bacım. Birlikdə neçə-neçə illər keçirək.

Bacıların ən gözəli, ən şirini ad günün mübarək. Sağlamlıq və xoşbəxtlik həmişə səninlə olsun.

Bu mesaj bircəcik bacımadır: ad günün mübarək, dünyanın ən yaxşı bacısı.


Səni sevirəm əziz bacım, ad günün mübarək!

Parti günüdür, çünki sənin günündür! Təbrik edirəm əziz bacım!

Ürəyimin ulduzu bacımdır. Ad günün mübarək.


Mən səni sevdiyim qədər heç kimi sevə bilmərəm. Ad günün mübarək, əziz bacı.

Nə yazsam, yenə də sənə olan sevgimi izah edə bilməz. Doğum günün mübarək!

Mənə həmişə qol-qanad verən, məni qoruyan bacım, ad günün mübarək!


Əziz bacım, ən səmimi arzularla yeni yaşını təbrik edir, Allahdan sənə can sağlığı və xoşbəxtlik diləyirəm.

Dünyanın ən gözəl bacısı ad günün mübarək. Uğurların bol olsun.


Atamın ilk göz ağrısı, anamın ilk işığı, qoruyucu mələyim, ad günün mübarək.

Sən xoşbəxtliyə layiqsən. Ad günün mübarək.

Mənim gözəl bacım, yeni yaşın sənə uğur gətirsin. Neçə belə illərə...

Mənim bacım heç kimə bənzəməz. Qəlbində sevgi, mərhəmət əskik olmaz. Həmişə üzün gülsün, əziz bacım.


İlk doğulanda səni qısqanırdım, döyüşdük, vuruşduq, amma bil ki, həmişə sevildin. Doğum günün mübarək əziz bacım.

Həyatımda sənin kimi gözəl bacımın olması çox xoşdur. Ad günün münasibətilə səni təbrik edirəm! Xoşbəxt ol!


Sən mənim təkcə bacım deyilsən, hər şeyimsən. Ad günün mübarək.

Nə yazsam da sənə olan sevgimi anlada bilmərəm. Əziz bacım, ad günün mübarək.

Gözəl şahzadəm, əziz bacım, yeni yaşın sənə uğurlar qazandırsın.


Sənə çox mesaj göndərmək istəyərdim, amma bilirəm ki, bunların heç biri sənə layiq deyil. Əziz bacı, doğum günün mübarək.

Ad günündə sənə ən gözəl hədiyyəni vermək istərdim, amma səni sənə necə verim! Ad günün mübarək.


Böyüyüm, əzizim, gözəl bacım! Doğum gününü təbrik edir, Rəbbimdən sənə can sağlığı və rifah diləyirəm.

Mənim maliyyə dəstəkçim, zaminsiz kredit verənim, ad günün mübarək.

Bizi doğma edən qan bağları deyil, ürəklərimizdir. Yaxşı və pis günümüzdə bir-birimizin yanında oluruq. Doğum günün mübarək.

Əziz bacı ad gününü ən səmimi arzularımla təbrik edirəm. Yeni yaşın uğuruna uğur, xoşbəxtliyinə xoşbəxtlik qatsın.

Sevdiklərimizlə birlikdə olanda xoşbəxtlik və əmin-amanlıq daha da artır. Ad günün mübarək.

Sənə dünyanın ən bahalı hədiyyəsini almaq istəyirdim, amma kredit kartım yoxdur. Səni çox sevirəm, ad günündə sənə tort almaq istəyirdim, pulum olmadığına görə ala bilmədim.


Tale bizi eyni valideynlərin ətrafında birləşdirdi. Həyatımda olduğuna görə çox xoşbəxtəm. İnşallah, bir ömür boyu xoşbəxt olarsan. Ad günün mübarək.

Yaşa, sev, gül! Bunlar həyatında əskik olmasın. Hər şeyin ən yaxşısı sənin olsun. Neçə belə illərə, əziz bacım.

Ümid edirəm, yeni yaşında xoşbəxtliyin ən yaxşısını yaşayar, uğur pilləkəninə qalxarsan. Üzün hər zaman gülsün. Doğum günün mübarək.


Gözəl bacım, məndən asılı olmayan səbəblərdən ad gününə gələ bilmədim. Yeni yaşın xoşbəxtliyinə xoşbəxtlik qatsın. Ad günün mübarək.

Həyatın dönüş nöqtələri var. Uca Allahdan arzum budur ki, bu gün sənin üçün dönüş nöqtəsi olsun və hər zaman xoşbəxt olasan. Ad günün mübarək.

Həyat səndən nələri alsa da, sən yaşamağa davam etdin, mübarizə aparmaqdan çəkinmədin. Bu mübarizədə Allah sənə kömək olsun. Ad günün mübarək, cəfakeş bacım.


Həyatındakı bütün mənfiliklər duman kimi çəkilib getsin, yerini xoşbəxtlik, hüzur alsın, əziz bacım. Ad günün mübarək.

Bahar günəşi kimi doğdun, mənə qol-qanad oldun, qoruyucu mələyimə çevrildin. Yaxşı ki varsan, yaxşı ki, mənim bacımsan. Ad günün mübarək.

Bacıların ən gözəli, ən şirini... Ad günün mübarək, bacı. Hər yaşda bir yerdə olaq, heç vaxt ayrılmayaq.


Ad günün mübarək, yeni yaşın sənə cansağlığı və xoşbəxtlik gətirsin. Səni sevirəm.

Anamdan sonra məni ən çox sevən, qayğı göstərən, əzizləyən gözəl bacım... İllər keçdikcə daha təcrübəli, qayğıkeş bacı olursan. Ad günün mübarək, səni çox sevirəm.


İnsan sahib olduqlarının dəyərini itirdikdə və ya zaman keçdikdən sonra başa düşür. Sən bütün fədakarlıqları mənim uğrumda etdin, əziz bacım. Bu gün sənin üçün özəldir, səni təbrik edirəm.


Məndən əvvəl dünyaya gəldiyin üçün çox şanslıyam. Sən olmasaydın, belə gözəl bacım olmazdı. Mənə paylaşmağı, sevməyi, doğmalığı öyrətdin. Sən dünyanın ən şirin, ən mükəmməl bacısısan. Ad günün mübarək. Həmişə xoşbəxt ol.

Ad gününə aid digər məqalələrimiz: