Bağışlamaqla bağlı ən gözəl və mənalı sözləri təqdim edirik.

Bağışla və unut. - Alman atalar sözü


Anlamaq bağışlamaq deməkdir. - Stael

Bağışlamaq intiqamdan daha böyükdür.


Bağışlamaqdan daha ilahi bir şey yoxdur.

Bağışlamaq ən nəcib qisasdır. - Saqopa Kajmer


Bəzən bağışlamaq da bir cəzadır. - Əli Suad

Zalımları bağışlamaq məzlumlara zülmdür. – Əl Sədi

Həyat qorxaqları bağışlamaz. - Ernesto Çe Gevara

İnsan sevdiyi müddətcə bağışlayar. - La Rochefoucauld


Bağışlamaq ədalətin sütunudur.

Bağışlamaq yaxşı insanların intiqamıdır. - V For Vendetta


Bağışlamaq sağalmanın yeganə yoludur. - Don Migel Ruiz

Düşmənimi bağışlasam, düşmən deyə bir şey qalmaz. - Alain


Başqalarını tez-tez bağışlayın, amma özünüzü əsla. Publius Syrus

İnsan dostunu düşmənindən daha çətin bağışlayar. - Irvin D. Yalom

Bir günahsızı cəzalandırmaqdansa, on cinayətkarı bağışlamaq daha yaxşıdır!


Günahkardan qisas almaq ədalət, onu bağışlamaqsa fəzilətdir. Molla Cami

Nə qədər çox insan tanısam, bir o qədər çox insanı bağışlayıram. - Konfutsi

Bağışlamaq keçmişi dəyişdirmir, amma gələcəyə yol açır. - Paul Boese


Üç şeydən yorulmuşam: ağlamaqdan, bağışlamaqdan və xəyal etməkdən. - Ceyhun Yılmaz

Bir-birimizi bağışlamaqdan əvvəl bir-birimizi başa düşməliyik. Emma Qoldman

Düşmənlərinizi bağışlayın, heç bir şey onları bu qədər narahat etməz. - Oskar Uayld


Kişilər unudar, amma heç vaxt bağışlamazlar; qadınlar bağışlayar, amma heç vaxt unutmazlar. - Robert Cordan

Kim bağışlasa, Allah da onu bağışlayar. Kim qəzəbini udsa, Allah onun mükafatını verər. - Hədis-i Şərif


Bağışlamaq özümə verdiyim ən böyük hədiyyəmdir, mən bağışlayıram və özümü azad edirəm. - Louise L. Hay

Bəzən başqalarını bağışlamaq kifayət etmir. Bəzən insan özünü bağışlamağı bacarmalıdır. - Ataol Behramoğlu

Başqalarını bağışlamaq ruhi rahatlıq və sağlamlıq üçün vacibdir. Sağlam və xoşbəxt olmaq istəyirsənsə, səni incidən hər kəsi bağışlamalısan. - Cozef Mörfi