Qışın çətin şərtlərindən çıxan dərinizdə quru bölgələr, ləkələr yarana bilər. Soyuğun dərinizdən aldıqlarını geri qaytaracaq və dərinizi istiyə uyğunlaşdıracaq qulluğu tətbiq edin.

Sıfırdan başlayın


Havaların daha çirkli olduğu qış aylarında dəri bir çox xarici təsirə məruz qalır. Yığılan toksinlər ödem və iltihaba, sızanaqlara, ləkələrə səbəb ola bilər. Buna görə dərinizi təmizləməyə yeni bir antioksidantla başlayın.

Dərindən təmizlənin


Qışda məsamələr tıxanır və bu da dərinin yorulmasına və köhnəlməsinə səbəb olur. Evdə dərindən təmizləyən bir qulluq məhsulu tətbiq edərək dərinizi soyuq havanın qalıqlarından arındıra bilərsiniz.

Quru toxumadan xilas olun


Quru dəri və qeyri-bərabər toxuma qışda meydana gələn əsas problemlərdəndir. Bundan qurtulub, yaza qüsursuz dəriylə başlamaq üçün dərinizi eksfollasiya edən bir məhsulla revizə edin. Dərini yormadan və həssaslaşdırmadan toxuma bərabərsizliyini aparacaq bu addım dərini arındıracaq və təzələyəcək.

SPF oyununuzu gücləndirin


Üzünü göstərməyə daha istəkli olan günəş və uzanan gündüz saatları ilə birlikdə SPF oyununuzu qış mövsümünə görə daha da gücləndirin. Geniş spekturumlu və yüksək faktorlu qoruyucularla bərabər digər məhsullardan istifadə edə bilərsiniz.

Ləkələri təmizləyin


Günəş işığıyla birlikdə artmağa meyl göstərən ləkələrə qarşı günəşdən qoruyucu kremlərlə yanaşı, dəri rəngi bərabərləşdirici serumlardan və glikolik turşulu peeling məhsullarından dəstək ala bilərsiniz.

Dərinizi doyuzdurun


Soyuq havalarda quruyan dəriniz üçün təsirli vasitələrə yer verin. Dərinizi suyla doyuzduracaq məhsullarla yanaşı, enerji verən, aydınladan formullardan da istifadə edin.

Qulluq məhsullarınızı yeniləyin


Qışda dərinizi dorumaq məqsədi ilə istifadə etdiyiniz məhsulları yaz aylarında dəyişdirin. Dərinin ehtiyacını qarşılayacaq xəfif tərkibli nəmləndiricilərə üstünlük verin.