Qadınların qorxulu yuxusu olan batıqlar yay aylarında çətin anlara səbəb olur. Dəridə ülgüc və ya epilyator istifadəsi nəticəsində yaranan batıqlardan xilas olmağın bir neçə yolu vardır.

1. İpək kisəylə batıqlardan qurtulmaq

İpək kisəylə hamamda kisələnmək batıqların azalmasına kömək edir. Kisə dəri səthindəki ölü dəriləri xəfif şəkildə təmizləyir, qan dövranını sürətləndirir.

2. Aspirinlə batıqlardan xilas olun


Bir stəkan yarım suyu qaynadıb içinə 5 ədəd aspirin atın və əriyənədək qarışdırın. Qarışığı fısqırdıcı başlığı olan şüşəyə tökün. Həftədə bir dəfə ayaqlarınıza çəkin. İki saat gözləyin və kisələdikdən sonra su ilə yuyun. Bu sprey sayəsində ayaqlarınız əvvəlki kimi qüsursuz dəriyə sahib olacaq.

3. Soda və limonla batıqlardan qurtulun


Duşdan çıxmadan əvvəl ayaqlarınızı kisələyin və əvvəlcədən hazırladığınız bir çay qaşığı soda və limon suyunu pambıqla ayaqlarınıza sürtün. Bu üsulu həftədə bir dəfə təkrarlayın.

4. Şəkər tozu ilə batıqlardan xilas olun

Şəkər tozu dəriyə zərər vermədən ölü dəriləri və batıqları aradan qaldırır. 4 xörək qaşığı şəkər tozunu yarım çay qaşığı limonla qarışdırıb ayaqlarınıza çəkin. Ölü dərilər və batıqlar yox olacaq. Bundan sonra körpə yağı və ya vazelin sürtərək dərinizi nəmləndirsəniz, daha yaxşı nəticə əldə edərsiniz.

5. Lazer epilyasiyası ilə batıqlardan qurtulun


Batıqlara qarşı ən effektiv üsullardan biridir. Bu üsulla ayaqlardakı tüklər yox edilir və batıq probleminə birdəfəlik son qoyulur.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.