Maraqlı, anlamlı və qısa aforizmləri araşdırdıq və sizlərlə bölüşürük. Ən gözəl aforizmlər yazılı şəkilləri telefonunuza yükləyərək whatsapp statusda və ya dostlarınıza göndərməklə paylaşa bilərsiniz.

Könlü açıq olanların əlləri də açıq olur. - Cəlaləddin Rumi

Az bilən və az düşünən çox danışar. - Fridrix Nitsşe

Gözəllik gözdən könülə düşən közdür. - Könül Bünyadzadə

Səni, sənsiz də sevə bilirəm.. - Özdəmir Asaf


Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir. - Jorj Sand

Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır. - Firidun bəy Köçərli

Sözün gücsüz olduğu yerdə musiqi başlayır. - Vaqner

Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır. - Edit Piaf


Uşaqlarınıza ən dəyərli töhfəniz ağıldır, qalanını özləri də əldə eləyə bilərlər. - İmmanuel Kant

Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. - Con Drayden

Comərdlik edən ucalar, xəsislik edən isə alçalar. - İmam Hüseyn


İnsanlar iki yerə ayrılır: tanıdıqca böyüyənlər, tanıdıqca kiçilənlər. - Deni Didro

Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək. - Özdəmir Asaf

Yanıldığını əsla qəbul etməyənlər, ən çox yanılanlardır. - Fransua de Laroşfuko


Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit. - Cübran

Göz yaşı ruh üçün yayda yağan yağış kimidir. - Alfred Austin

Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. - I. Höte

Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır. - İohann Volfqanq Göte

Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır. - Artur Şopenhaurer


Fəlakət kimi müəllim az tapılar.. - Əbdülhaq Hamid Tərxan

Qadınları xoşbəxt etməyin 20 yolu deyə bir sıra lazımsız xəbərlər çıxır. Bir bənd açıqlayıram: Dürüst olun yetər. - Turqut Uyar

Heç bir miras düzgünlük qədər zəngin deyil. - Uilyam Şekspir


Qəzəb gurultuludur, inciklik isə səssiz. - N. F. Qısakürək

Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində. - İohann Volfqanq Göte

Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. - Onore de Balzak

Mərdliyi az olanın bicliyi çox olar. - Bleyk

Səbri olmayanlar necə də yoxsuldurlar. - U. Şekspir

Sizi idarə edənlər - sizi qəzəbləndirənlərdi. - Lao-tszı

İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər. - Jan Jak Russo

Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan - Qautama Budda


Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz. - Heraklit

İnsanlar bəzən öz peşələrində dahi, adi işlərdə isə cahil olurlar. - F.Araqo

Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır. - Dədə Turxan


Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır. - Artur Şopenhauer

Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. - Vovenarq


Zehin paraşüt kimidir - açılmasa işləməz. - Frenk Zappa

Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür. - Avraam Linkoln

Çoxlarına şöhrəti düşmənləri gətirmişdir. - Baltazar Qrasian


Zaman səssiz bir mişardır. - İ. Kant

Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər. - Fransua de Laroşfuko

Ancaq özünü tapan adam həyatını istədiyi kimi idarə edə bilər. - Əbu Turxan

Heç bir miras düzgünlük qədər zəngin deyil. - U. Şekspir


Ağıllı insan tapdığından daha çox fürsət yaradan insandır - Frensis Bekon

Elm dünyanı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. - Jan de Labrüyer

Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur. - Uilyam Şekspir


Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı. - Tur Xander

Arslanların saymazlığı şikarı tülkülərə qapdırar. - Hüseyn Cavid

Bəlkə də insan, sevilməkdən çox başa düşülməyi istəyirdi..- Corc Oruel


Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər. - Lao-tszı

Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər. - Özdəmir Asaf

Dünya böyük bir teatr səhnəsidir.

Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir. - Uilyam Şekspir