Bir insanın epoist olduğunu anlamaq heç də çətin deyil. Bəzən istiqanlılığın, xoş niyyətin altında altında gizli bir eqoizm dura bilər. İnsanın eqoist olduğunu anlamağın üsullarını təqdim edirik.

1. Çox nadir hallarda təşəkkür edirlər. Onlara etdiyiniz yaxşılığı, xoş davranışı çox adi qəbul edirlər. Eqoist birinə yaxşılıq etdikdə nadirən təşəkkürlə cavab verirlər.


2. Davranışlarının saxta olduğunu anlayarsınız. İnsanlara saxta rəftarla yaxınlaşırlar. Qarşılarındakı insanı sevməsələr də, işlərinə gələrsə, ən yaxın dostları kimi davranırlar. Çox yaxşı rola girirlər.

3. Başınızı qarışdırmağa çalışırlar. Öz bacarıqlarınıza və dəyərinizə şübhə etməyinizə səbəb olurlar. Eqoist insanlar bacarıqlı manipulyasiyaçıdırlar.


4. Həmişə qarşı tərəfdən yaxşılıq gözləyirlər. Özləri isə heç bir müsbət addım atmaq istəmirlər.


5. Başqalarından istifadə edirlər. Etdiklərinin səhv olduğunun fərqinə belə varmırlar. Günahı özlərində görmürlər.

6. Həmişə xüsusi diqqət istəyirlər. Özlərini həmişə dünyanın mərkəzində görürlər və hamıdan nələrisə istəyirlər.

7. Sizdən bir şey istəyənə qədər sizinlə çox vaxt keçirirlər. Eqoist insanların əsas xüsusiyyəti sizdən davamlı şəkildə nələrisə istəmələridir.


8. Eqolarını əsla təmin edə bilməzsiniz. Başqalarına da eqoist olmağı tövsiyə edirlər. Özləri xoşbəxt olmayanda başqalarını da bədbəxt görmək istəyirlər.

9. "Mən", "məni", "mənim", "mənə" sözlərindən çox istifadə edirlər. Dünyanın öz ətraflarında döndüyünü zənn edirlər.


10. İnadcıldırlar. Haqsız olsalar da, inad etməkdən yorulmurlar.

11. Ciddi münasibət qura bilmirlər. Çünki özlərini çox yuxarıdan aparırlar. Qarşı tərəfdən hər cür
fədakarlıq gözləyirlər.


12. Empatiya duyğusundan bixəbərdirlər. Öz duyğuları, öz gözləntiləri onlar üçün əsasdır.