Bəzən qadınlar kişilərin onlara aşiq olub-olmadığını anlaya bilmirlər. Bir kişinin bir qadını bəyəndiyini göstərən əlamətləri sizə təqdim edirik.

Sevgi iki insan arasında gözəl duyğuları ehtiva edən duyğu selidir. Bir insanın aşiq olduğunu anlamaq elə də çətin deyil. Aşiq olan insan həyəcanlı və xoşbəxt görünür. Aşiq insanın hislərini gizlətməsi mümkün deyil, amma bu hislərin kimə ünvanladığını anlamaq çətindir. Bir kişinin qadına aşiq olmasını göstərən əlamətlər:

1. Baxışlar


Kişilər özlərinə müəyyən tərzdə nəzarət edə, hislərini gizlədə bilərlər. Ancaq hər şeyi ələ verən bir cüt gözlər vardır. Göz təması qurmaq üçün normal şəkildə bir insana baxırıq. Ancaq aşiq olan kişi daha fərqli, uzun-uzadı baxır. O, təpədən-dırnağadək qarşısındakını süzür. Hər fürsətdəcə göz təması qurmağa çalışır. Kəskin baxışlar nümayiş etdirir.

2. Fiziki təmas


Yalnışlıqla əli qolunuza, çiyninizə toxunursa, deməli, sizdən xoşu gəlir. Toxunmaq arzusu özünü biruzə verirsə, bu ciddi ipucudur. Bunu səhvən edirmiş kimi mənzərə yaradır.

3. Saçları ilə oynaması


Kişilər qadınlara xoş təsir bağışlamaq üçün müxtəlif davranışlar sərgiləyirlər. Məsələn, saçlarla oynamaq və ya əlini-qolunu hara qoyacağını bilməmək. Bilin ki, belə hərəkətlər kişilərin xoşu gəldiyini göstərmək məqsədilə edilir.

4. Geyiminə diqqət göstərməsi


Sizinlə görüşə ən yaxşı paltarlarını geyinib gəlməsi, yanınızda olduqda tez-tez üst-başına əl gəzdirməsi sizdən xoşu gəldiyinə işarədir.

5. Yerişi dəyişir


Kişinin sizin yanınızda əzələlərini gərərək yeriməsi bir ipucu ola bilər. Yeriyərkən əlinizi tutmağa çalışacaq. Siz də həyəcanlanacaqsınız, ancaq bunu bəlli etməyin.

6. Səs tonu dəyişir


Sizinlə hamı ilə danışdığı kimi danışmır. Kişilər sevdikləri qadınla alçaq səs tonunda danışırlar. Aranızdakı söhbət sizi xüsusiləşdirir.

7. Bədən dili


Sizə daha yaxın olmaq istər. Bunun üçün sizə doğru əyilər. Ayaqlarına diqqət edin; ayaq ucları sizə tərəfdirsə bu, sizə olan marağını göstərir. Siz danışarkən bütün varlığı ilə sizi dinləyəcək, maraqsız zarafatlarınıza da güləcək.

8. Əlləri bir yerdə dayanmır


Kişi sizinlə danışarkən həyəcanlanır. Tez-tez əlini çənəsinə qoyacaq və gözlərinizə baxaraq gülümsəyəcək. Maraqlı şeylərdən danışacaq. Bu da sizə olan diqqətindən irəli gəlir.

9. Əllərindən davamlı olaraq istifadə edir


Kişilər öz güclərini göstərmək üçün bunu edirlər. Sizin diqqətinizi çəkmək, daha etibarlı görünmək üçün əl hərəkətləri edirlər.

10. Tez-tez mesaj yazar


Telefonunuza ondan tez-tez mesajlar gəlirsə, sizin ünsıyyət üçün cəhd etdiyini göstərir. Mesajların nəticəsi olaraq sizə etiraf edəcək.

11. Sizi harasa dəvət edər


Siz harasa dəvət etməsi sizinlə vaxt keçirmək istəyi anlamına gəlir. Sizdən xoşu gəldiyi üçün birlikdə harasa getməyinizi təklif edir və hətta kiçik təzyiqlərdən də çəkinmir. Sizinlə birlikdə olarkən dostlarının yanında haldan-hala düşürsə, bu da xoşu gəlməyin əlamətidir.

12. Kişilər bəzi şeyləri unutmurlar


Sizə aşiq olan kişi sizin danışdığınız və özünüzün də unutduğunuz bir detalı unutmurlar. Haqqınızda məlumat toplamaq üçün danışdıqlarınızı, xüsusən işinə yarayacaq və sizi heyrətləndirəcək məqamları yadda saxlayırlar.

13. Onu cəsarətləndirin


Bu məqaləmizdə kişilərin qadınlardan xoşu gəldiyini göstərən əlamətlər haqqında məlumat verdik. Əgər bir kişi bu davranışları sizə edirsə, bilin ki, sizdən xoşu gəlir. Bunu deməyə çəkinirsə, ona bu cəsarəti verin. Çox keçməz, etiraf edər.