Bu gün istifadə etdiyimiz bəzi şeylər vaxtilə qanunsuz idi. Bunlar əslində olduqca zərərsiz olsalar da, müəyyən bir müddət üçün qadağan edilməsi zərurət idi. Onları sizə təqdim edirik.

10. Futbol


İngiltərə və Şotlandiyada futbol bir neçə dəfə qadağan edilib. II Edvard 13 aprel 1314-cü ildə Londonda idmanı qadağan edən bir qanun qəbul edib. Qadağanın səbəbi futbolun səs-küyə səbəb olması və arzuolunmaz nəticələrə gətirib çıxarması idi. İkinci qadağa 1331-ci ildə III Edvardın əmri ilə olub. 1363-cü ildə bütün idman oyunları yenidən qadağan edildi.

9. Milad


1659-cu ildə puritanlar Miladı qeyd etməyi qadağan etdilər. Milad da daxil olmaqla bütün mərasimlər xristianlığa zidd olduğu fikriylə qadağan edildi. Miladı bütpərəst tətil hesab edirdilər. 1644-cü ildə İngiltərədə Milad bayramları ilk dəfə qadağan edildi. Şam ağacları bəzəmək, bayram piroqları hazırlamaq da qadağan idi.

8. Şahmat


Müxtəlif dövrlərdə İran, Misir, Yaponiya və Fransada qadağan edildi. Müasir Əfqanıstanda bir müddət qadağan edilən şahmat, bu gün də Səudiyyə Ərəbistanında qadağandır. İranda Ömər bin əl-Xətta şəhəri, 644-cü ildə ələ keçirildikdən sonra şahmat qadağan olunub. 1061-ci ildə Ostin Kardinal Damiani ruhanilərinin bu oyunu oynaması qadağan edildi. 1195-ci ildə Şərqi Pravoslav kilsəsində 1254-cü ildə Fransada şahmat qadağan edildi. Kral IX Louis şahmatın "faydasız""darıxdırıcı" olduğunu söyləyib.

7. Popkorn


Popkorn səssiz filmlərə tələbat olduğu dövrlərdə kinoteatrlarda qadağan edildi. Kino o dövrdə yuxarı zümrənin insanları üçün bir növ əyləncə idi. Buna görə kinoteatrlar auditoriyaya müraciət etmək üçün bahalı materiallarla təchiz olunmuşdu. Döşəmələr xüsusi xalça və xalılarla örtülmüşdü. Bu qadağa, ilk səsli filmlərin meydana çıxdığı Böyük Böhran dövründə dəyişdi. Bu kinoteatrlar daha sonra aşağı siniflərin xidmətinə açıldı.

6. Boulinq


Boulinq ilk dəfə İngiltərə kralları tərəfindən qadağan edildi. Kral III Edvard 1366-cı ildə boulinqi qadağan etdi. Səbəb boulinqin insanların ox atmasına mane olması idi. Kral VIII Henri boulinqçi olmasına baxmayaraq boulinqi qadağan edən digər məşhurlardandır.

5. Qadınların şalvar geyinməsi


Qadınların şalvar geyinməsini qadağan edən 1800-cü il tarixli qərarının texniki cəhətdən hələ də qüvvədə olduğu məlumdur. Buna görə, Fransa ən azı nəzəri cəhətdən geyim azadlığı baxımından Sudandan geri qalır. Parisdəki o vaxt tətbiq olunan qadağaya görə kişi kimi geyinmək istəyən parisli qadınlar icazə almaq üçün Paris polis bölməsinə müraciət etməli idilər. 892-ci il dəyişikliyi ilə qadağa bir az yumşaldıldı və qadınlara at minərkən şalvar geyinməyə icazə verildi. Qadağa daha sonra 1909-cu ildə biraz da yumşaldıldı və velosiped sürən qadınlara da icazə verildi. 2003-cü ildə köhnəlmiş qadağanın ləğvi üçün son cəhd göstərildi. O zamankı prezident Nikola Sarkozinin partiyasından olan bir millət vəkili məsələni rəsmi şəkildə qaldırsa da, müsbət cavab almadı.

4. Qadınların kredit kartı olması


1960-cı illərdə ABŞ-da subay qadınların kredit kartlarına sahib olmaları qadağan edildi. Ailəli qadınlara isə icazə verilirdi. Dul və subay qadınlar isə onlara zamin duran kişi tapmalı idilər. Bu qadağa 1974-cü ilə qədər davam etdi.

3. Çayxanalar


1675-ci ildə İngiltərə Kralı II Çarls çayxanaları qadağan edən bir qanun qəbul etdi. Kral insanların
çayxanalarda bir iğtişaş planları qura biləcəyindən narahat idi. O zaman çayxanalar bugünkü barlara bərabər idi. Londonda 3000-ə qədər insan bu məkanlarda toplaşaraq milli məsələləri müzakirə edirdi.

2. Çimərlik paltarları


Çimrlik paltarları 20-ci əsrin əvvəllərində mənəvi bir çaxnaşmaya səbəb oldu. 1900-cü illərdən əvvəl çimərlik paltarı yundan hazırlanmış və bütün bədəni örtən çimərlik geyimi kimi istifadə edilirdi. 20-ci əsrdə şəhərlərdə və çimərliklərdə icazə verilən çimərlik geyimlərinin minimum uzunluqlarını təyin edən qanun və qaydalar qəbul edildi. Tək parça çimərlik geyimləri tamamilə qadağan olundu. Böyük şəhərlərdə belə paltarlardan istifadə edən qadınlar həbs olundu. 1919-cu ildə Nyu-Yorkda qadınlar yalnız təsdiqlənmiş çimərlik paltarları geyinə bilirdilər.

1. Bikini


Bikini çimərlik geyiminə qarşı müharibənin başqa bir qurbanı idi. 1946-cı ildə bazara çıxarıldıqdan sonra mənəvi çaxnaşmaya səbəb oldu. Bikini Fransa, İspaniya, İtaliya, Portuqaliya, Avstraliya və ABŞ-ın bəzi bölgələrində qadağan edildi. 1953-cü ildə Benidorm bələdiyyə sədri Pedro Zaragoza şəhər çimərliklərində bikini geyinilməsinə icazə verdi. Bu ziddiyyətli qanuna görə bəzi qadınlar Sahil Mühafizəsinin üzvləri ilə qarşı-qarşıya gəldi. Daha sonra İspaniyanın hərbi diktatoru General Francisco Franco bikiniyə müsbət yanaşdı və bikinilər İspaniyada tədricən dəb halına gəldi.