Sahə və bağlarda bitən çiçəklər müxtəlif yollarla əmələ gəlir. Hər çiçəyin bir quruluşu, forması, görünüşü və qoxusu var. Bəzi çiçəklər insanları ətirləri ilə valeh edərkən, bəzi çiçəklər görünüşləri ilə göz oxşayır. Çiçəklərə insanların sevdiklərinə göndərdiyi hədiyyə formasıdır. Duyğuları ifadə etmək üçün gözəl hədiyyə hesab olunur.

Çiçəklər təbrik məqsədilə də göndərilir. Bəs çiçəklərin hansı anlamları var. Onlar nəyi ifadə edirlər?

1. Ağ Gül - Məsumiyyət


Ağ gül günahsızlığı, saflığı və təmizliyi ifadə edir. Ümumiyyətlə, evlilik təklifi edən kişilər ağ gülləri
seçirlər.

2. Qırmızı Gül - Sevgi


Qırmızı gül sevgini bildirir. Sevgini ifadə edən universal bir simvol halına gəlib. Sevgilərini etiraf etməyə çalışan kişilər ilk növbədə qırmızı güldən faydalanırlar. Bütün kişilər sevdikləri qadınlara qırmızı gül hədiyyə edirlər.

3. Çəhrayı gül - Ürəyim Sənindir


Qızların ürəyini fəth etməyə çalışan oğlanların köməyinə çatan güldür. Zərifliyi və gözəlliyi ilə göz
oxşayır.

4. Sarı Gül - İstilik, sevgi


Sarı güllər XVIII əsrə qədər Avropada yayılmayıb. İstilik və sevgini təmsil edir.

5. Mavi Gül - Sirr


Sirri və əsrarəngizliyi təmsil edir. Bu gülləri sirli məhəbbət bəslədiyiniz şəxsə göndərə bilərsiniz.

6. Ağ qərənfil - Təmizlik, saflıq


Təmizliyə və saflığa işarədir.

7. Qırmızı qərənfil - Sevgi


Sevgini təmsil edən qırmızı qərənfillərdən adətən seçki zamanı siyasi partiyalar istifadə edirlər. Bu
onların xalqa olan "sevgisini" göstərir.

8. Çəhrayı qərənfil - Səmimiyyət


Çəhrayı qərənfil səmimiyyəti ifadə edir. Çəhrayı çiçəklər həmişə zərif olurlar.

9. Sarı qərənfil - Kədər


Sarı qərənfil kədəri ifadə edir.

10. Ağ lalə - Saflıq, təmizlik


Ağ rəng həmişə təmizliyi təmsil edir. Bu səbəbdən ağ çiçəklər təmizlik və saflıq rəmzidir.

11. Qırmızı lalə - Səni sevirəm


Qırmızı sevginin rəngidir. Qırmızı rəngli çiçəklər sevgini ifadə edir. Bu sevgi anaya, ataya, övladlara da ola bilər. Sevdiyiniz insanlara qırmızı lalə hədiyyə edin.

12. Çəhrayı lalə - Anlayış


Anlayışı ifadə edən bir çiçəyin olması xoşdur. Hamı bir-birilə yola getsin və bu çiçəklər nümunə olsun.

13. Sarı lalə - Gərginlik


Bir çiçəyin gərginliyi necə ifadə etməsi maraqlı deyil?

14. Ağ orxideya - Məsumiyyət, zəriflik


Ağ orxideya zərif çiçəklər arasındadır. Məsumiyyəti və zərifliyi təmsil edir. Bütün qızların sevdiyi çiçəkdir.

15. Çəhrayı Orxideya - Zəriflik


Orxideya zərifliyini hər rəngdə qoruyur. Çəhrayı orxideyaincəliyi ifadə edir.

16. Bənövşəyi orxideya - Nəciblik


Bənövşəyi orxideya nəcibliyi təmsil edir. Adətən gəlinlərin toy günü əllərində olur.

17. Mavi orxideya - Sevgilərin ən böyüyü


Mavi orxideya sevginin ən böyüyünü təmsil edir. Bu cazibədar çiçəyi sevgilinizə ərmağan edə bilərsiniz.

18. Papatya - Təmiz ürək


Papatya baharı gətirən bir çiçəkdir. Papatya təmiz qəlbi ifadə edir. Görünüşü ilə xoş təsir bağışlayan cazibədar və sevimli çiçəklər arasındadır.

19. Kaktus - Səmimiyyət


Kaktus, sevilən birinə göndərilirsə, "sevgimiz üçün bütün çətinliklərə dözməliyik" deməkdir. Qadınların çox sevmədiyi bir çiçək olsa da, mənası böyükdür.

20 Mələkotu - ilham mənbəyimsən


Sevgilinizə mələkotu göndərmək, görünüşü və qoxusu pis olsa da, ilham və ümid anlamına gəlir. Həmin çiçəyin mənasını da ona deyə bilərsiniz.