Dəfnə yarpağı yüz illərdir ki, sağlamlıq üçün istifadə olunur. Yay və qıs mövsümlərində yarpaqlarını tökməyən bitki xoş qoxusu ilə yanaşı, saçlara fayda verir. Dəfnə yarpağı digər sağlamlıq problemlərinə qarşı da istifadə olunur. Dəfnə yarpağının saçlara faydalarını təqdim edirik.

1. Saç qırılmalarının qarşısını alır


Saç qırılmaları problemi ilə daha çox qadınlar üzləşir. Saç düzləşdiricilər, fenlər saçların qırılmasına səbəb ola bilər. Dəfnə yağını badam yağı, susam yağı və zeytun yağı ilə qarışdırdıqdan sonra saçlara tətbiq etmək olar.

2. Saç ağramasının qarşısını alır

Saçlar müəyyən yaşdan sonra ağarmağa başlayır. Bunun qarşısını almaq isə mümkündür. Dəfnə yarpağının tərkibindəki elementlər saçların ağarmasına mane olur. İki xörək qaşığı çay, iki soğan qabığı və 3 ədəd dəfnə yarpağını iki litr su ilə qarışdırıb süzün və sprey halına gətirin. Bu spreyi hər gün saçlarınıza sürtün.

3. Saçların uzanmasına kömək edir

Saçların sağlam və tez uzanması üçün bir litr suya bir ədəd dəfnə yarpağı əlavə edin. İlıq formada saçlarınıza çəkin və yarım saat qaldıqdan sonra yuyun. Hədtədə bir dəfə tətbiq etməklə saçlarınızın tez uzanmasına nail ola bilərsiniz.

4. Saçları canlandırır


Saçları təbii yolla canlandırmaq mümkündür. 750 qram suya tutam və dəfnə yarpağı əlavə edib qaynadın. Daha sonra içinə bir xörək qaşığı alma sirkəsi qatın. Bu qarışıqla hər gün saçlarınızı yuyun. Qısa müddət ərzində saçlarınız canlanacaq.

5. Kəpək problemini aradan qaldırır

Bazarda kəpək əleyhinə bir çox növdə şampunlar və digər məhsullar yer alır. Bu problemi təbii yolla həll etməyiniz məsləhətdir. Dəfnə yarpağı kəpəyi yox etməyə qadirdir. Uyğun şəkildə hazırlayacağınız maska ilə kəpəyi aradan qaldıra bilərsiniz.

Dəfnə yarpağı tərkibli saça qulluq məhsulları

1. Diamon Hair saç serumu


İçərisin12 fərqli bitki tərkibi olan serum ilk istifadədən etibarən saç dərisinə nüfuz edərək kəpəyin və ölü dəri yaranmasının qarşısını alır. Formulundakı keratin və ozon mineralları sayəsində saçların uzanma sürətini də artırır və yeni köklərin yaranmasına kömək edir.

2. Quality Life QL kəpək əleyhinə şampun


Tərkibindəki dəfnə yarpağı yağı və climbazolu maddəsi sayəsində saç dərisinə təsir edərək ölü dərinin qarşısını alan şampun. Keratin formulu ilə saç köklərini qidalandırır. Bunun sayəsində daha dolğun, yumşaq və canlı saçlara sahib ola bilərsiniz.

3. Arifoğlu dəfnə yarpağı yağı


Arifoğlu markasının istehsal etdiyi hər bir məhsul keyfiyyətlidir. Su buxarı distilasiyası ilə əldə edilən bu yağ tamamilə orqanik maddələrdən hazırlanır. İçərisində heç bir kimyəvi maddə yoxdur.

4. Botalife dəfnə yarpağı yağı


İstehsalında tamamilə təbii maddələrdən istifadə olunan bu məhsulun hər hansı qatqısı yoxdur. Bu məhsulu fərqli bir maddə ilə qarışdıraraq maska halına istifadə etmək daha məqsədəuyğundur.

5. Nuka dəfnə yarpağı yağı


Qidalandırıcı tərkibiylə saçların ehtiyac duyduğu mineralları qarşılayan bu məhsulu maska şəklində istifadə edə bilərsiniz. Qeyd edək ki, bu yağ saçları ağırlaşdırmır.