Deizm inancını müdafiə edən insanlara "deist" deyilir. Dünyada bir çox tanınmış deist var. Deistlər hər hansı dinə inanmırlar. Bütün dinləri rədd edən deistlərə görə, tanrı anlayışı yalnız ağıl yoludur. Deist insanlar müqəddəs kitabları rədd edir və bu kitabların insanlar tərəfindən yazıldığını düşünürlər. Deistlər cənnət və cəhənnəmə inanmırlar. Bəzi deistlər reinkarnasiyaya inanırlar. Reinkarnasiya ölümdən sonra ruhun başqa bir bədəndə dirilməsidir.

Deizm nə deməkdir?


Deizm heç bir dinin doğru olmadığını, dinlərin insanlar tərəfindən yaradıldığını müdafiə edir. Deizmə görə yaradıcı kainatı yaratmaqdan məsuldur, ancaq dünyada baş verənlərə qarışmır. Tanrının mükəmməl olduğuna inanan deizm, yaradılan hər şeyin onun kamilliyindən qaynaqlandığını söyləyir. Peyğəmbərlər, möcüzələr və vəhy deizmə görə yanlışdır.

Tarixdə deizm

Deizm ilk dəfə 17-ci əsrdə ortaya çıxıb. Deizm tanrıya inanır, ancaq onun insanlarla əlaqədə olmadığını deyir. Deizm inancına görə insanların düşüncələri azad olmalıdır. İnsanın yaxşılıq və əxlaq anlayışları üçün heç bir dinə ehtiyac yoxdur.

Kimlərə deist deyirlər?


Deizm inancını mənimsəyən və hər şeyin öhdəsindən ağılla gəlməyin mümkünlüyünə inanan insanlara deist deyilir. Deistlər heç bir dinin doğru olduğuna inanmırlar. Deistlərə görə, dinlər insanlar tərəfindən yaradılıb.

Deizmin növləri

Deizmin 3 fərqli növü var. Pandeizm, spiritual deizm və panendeizm. Bəs bunlar nə anlama gəlir?

Pandeizm


Padeizm bütün kainatın tanrıdan ibarət olduğunu düşünür.

Spiritual deizm

Tanrı kainatı yaradıb, lakin heç bir şeyə müdaxilə etməyib. Spiritual deizmdə əbədi mükafat və reinkarnasiya kimi inanclar vardır.

Panendeizm


Panendeizmə görə tanrı kainatın özüdür. Bu inancda tanrı bütün varlıqları və kainatı özündən yaradıb.

Ateizm nə deməkdir?

Ateistlər tanrının varlığını qəbul etmirlər. Çox vaxt xalq arasında allahsız insanlar kimi qəbul edilən ateistlər bu fikri tamamilə səhv hesab edirlər. Ateistlər üçün tanrı deyilən bir şey yoxdur. Tanrı xəyali, real olmayan varlıqlar sayılır.

Məşhur deistlər kimlərdir?

  • Tupac Shakur
  • Jennifer Aniston
  • Thomas Edison
  • Victor Hugo
  • Leonardo da Vinci
  • Aristo
  • George Washington
  • Jacques Rousseau
  • Neil Armstong
  • Platon
  • Marlon Brando
  • Rex Brown
  • Jules Verne
  • Napolyon Bonapart
  • Clint Eastwood
  • Gloria Estefan
  • Max Cavalera
  • Maximilien Robespierre

Sizə maraqlı ola bilər: