Yetərli və düzgün qidalanmaq sağlamlığımızın və dərimiz üçün çox faydalıdır. Bu səbəbdən, yetərli və düzgün qidalanmağımız dərimizin qurumasının, qırışmasının qarşısını alır. Bəs hansı qidalar dərini gözəlləşdirir?

Qırmızı bibər


Hamar və gözəl dəriyə sahib olmaq üçün yeyilməsi vacib olan qırmızı bibər C vitamini ilə zəngindir. Tərkibində qan axını tənzimləyən karoteonid mövcuddur. C vitamini dəri sağlamlığı üçün vacibdir. Bu vitamin yaşlanma ilə mübarizə aparır və qırışların meydana gəlməsini azaldır.

Yerkökü


Həm göz, həm də dəri sağlamlığı üçün faydalı olan yerkökü, A vitamini ilə zəngindir. Xüsusilə, kosmetik məhsulların formuluna əlavə olunan yerkökü, dərinin görünüşünü düzəldir. Kosmetik dəri məhsullarının tərkibində adı çəkilən retinol, yerkökü ekstraktlarını göstərir.

Balqabaq toxumu


Sinkin yeganə mənbəyi olan balqabaq toxumu, bu xüsusiyyət sayəsində dəri üçün ən sağlam və ən vacib mineralı özündə cəmləşdirir. Sink, əsas kollagen səviyyəsini tənzimləməyə kömək edir, dəri hüceyrələrinin yenilənməsini təmin edir və hüceyrə membranını C vitamini ilə gücləndirir.

Tünd şokolad


Kakaoda olan flavanollar və antioksidant xüsusiyyətli bitki komponentləri dərini nəmləndirir və qan dövranını tənzimləyir. 12 həftə ərzində yüksək kakao flavanollarının olduğu içkilər içən qadınlarda içməyənlərlə müqayisədə dəridə hamarlaşma qeydə alınıb. Gün ərzində 28 qram və ya 150 kalori kakao yemək lazımdır.

Fındıq


E vitamini bir antioksidantdır. Bu səbəbdən dərinin yaşlanmasının və ultrabənövşəyi şüalardan zərər görməsinin qarşısını alır. Həmçinin, dərinin nəmlənməsinə və yumşalmasına da kömək edir. Bir insanın gündəlik E vitamini ehtiyacı orta hesabla 8-10 mq-dır. E vitamini ispanaq, balqabaq, kələm, dənli bitkilər, kahı, balıq yağı, qoz-fındıq, sardina, yumurta sarısı, pomidor və kartof kimi qidaların tərkibində var. Ancaq xüsusən bir ovuc fındıq gündəlik E vitamini tələbatına böyük dərəcədə cavab verir.