Dərimiz yayda günəş və dənizdən müəyyən təsirlər alır. Bu təsirlərin qışda dərimizdə qalmamaı üçün bəzi tətbiqlər həyata keçirməliyik. Qış ərəfəsində dəriyə qulluq edilməsinin üsullarını təqdim edirik.

1. Kreminizi dəyişdirin


Nəmləndirici kremləri dəyişmək vacibdir. Ağır nəmləndirici dərini qış aylarında daha yaxşı qoruyur. Nəmləndirici səhər və axşam tətbiq edilməlidir.

2. Duş almaq müddətini azaldın.


Qışda uzun-uzadı və qaynar duşlar almağı sevirik. Lakin bu, dərimizi quruda bilər. Buna görə ilıq suyla və qısa müddətli duş almaq lazımdır.

3. Günəş kremindən istifadə edin


Yayda olduğu kimi, qışda da günəş kremi istifadə olunmalıdır. Nəmləndiricilərin günəşdən qoruduğunu dəqiqləşdirin. Xəfif rəngli nəmləndiricilər seçə bilərsiniz.

4. Pis vərdişlərinizdən əl çəkin


Siqaret, alkoqol, qızardılmış qidalar dəriyə zərər verir. Şəkərdən və işlənmiş qidalardan da uzaq durmaq lazımdır.

5. Spirt tərkibli məhsullardan istifadəni azaldın


Dərinin təmizləməsində istifadə edilən bəzi məhsullar spirt tərkibli olduğu üçün dəridə quruluq yaradır. Ona görə diqqətli olmaq, bu məhsullardan istifadə etməmək gərəkdir.

6. Mütəmadi olaraq maska istifadə edin


Qış ərzində həftədə bir dəfə tətbiq etdiyiniz maskalar qışın soyuğuna qarşı əsl qalxan olacaq. Bu maskalar dərinin təmizlənməsinə və qidalanmasına da kömək edir.

7. Dodaqlarınıza laqeyd yanaşmayın


Soyuq hava ən çox dodaqlara zərər verir. Çatlamaları gözləmədən dodaqlarınızı tez-tez nəmləndirin.

8. C vitaminə üstünlük verin


C vitamini dəri üçün olduqca faydalıdır. Günəş şüalarından zərər görən dəridəki ləkələrin tündləşdiyi müşahidə olunur. C və K vitamini tərkibli hüceyrəyeniləyici serumlar bunları aradan qaldırmağa kömək edir.

9. Özünüzü də nəmləndirin


Yediyimiz, içdiyimiz hər şey dərimizə təsir göstərir. Ən önəmlisi sudur. Bədəni nəmləndirmək dəriyə parlaqlıq verər. Somon, avokado kimi təbii yağlarla zəngin qidalar dərinizə xeyir verər.

10. Qalıcı epilyasiyaya başlamağın əsl vaxtıdır


Yayda rəngini dəyişən dəriniz payızda tədricən öz rənginə qayıdar. Rowenta Instant Scoft Compact'unkonsantre işıqları sayəsində ilk seansda uğurlu nəticələr əldə olunur. Epilyasiya qarşıdakı yaymövsümündə də rahat olmağa kömək edər.